Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pandemiyaya baxmayaraq, SOCAR-ın Türkiyədəki aktivləri qarşılıqlı sinerji ilə yüksək səmərəlilik göstərib

İstanbul, 25 dekabr, AZƏRTAC

Dekabrın 25-də “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) “Neft Emalı və Neft-Kimya Birliyinə ümumi baxış” mövzusunda onlayn mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Petkim PetroKimya Holding A.Ş.”nin icraçı direktoru Anar Məmmədov 2020-ci ildə pandemiya səbəbindən dünyada bu sektorun ən qabaqcıl şirkətlərinin belə gerilədiyi, hətta fəaliyyətinin müvəqqəti dayandırıldığı bir vaxtda “Petkim”in işində bununla bağlı heç bir geriləmənin olmadığını deyib.

Bildirib ki, “SOCAR Turkey” Türkiyənin İzmir vilayətinin Əliağa yarımadasında yerləşən aktivlərinin qarşılıqlı sinerjisi ilə Türkiyənin neft emalı və neft-kimya mərkəzinə çevrilib. Bu sinerjinin bazasının gücləndirilməsi məqsədilə “SOCAR Turkey” Əliağada davamlı investisiyalar həyata keçirir. Türkiyənin ilk və yeganə inteqrasiya edilmiş neft-kimya şirkəti olan “Petkim”, eyni zamanda, sənaye üçün əvəzolunmaz xammal tədarükçüsüdür. İllik ümumi istehsal gücü 3,6 milyon ton olan “Petkim” Türkiyənin neft-kimya xammalı tələbatının 18 faizini təmin edir. Türkiyənin yeni nəsil neft emalı zavodu “NEZ” olan “Star” isə ildə 10 milyon ton xam neft emal etmək gücünə malikdir. Türkiyənin neft məhsullarına olan tələbatının təmin olunmasında mühüm rol oynayan “Star” ölkənin neft əsaslı məhsullara olan ehtiyacının 20-25 faizini təmin edir.

SOCAR-ın COVID-19-a həm iş perspektivi, həm də SƏTTƏM tədbirləri baxımından qətiyyətli cavab verdiyini deyən A.Məmmədov qeyd edib ki, güclü texnoloji həll yolları ilə şirkət Qabaqcıl Proses Nəzarətinin (APC) uzaqdan tətbiqi, əməliyyat panellərinə uzaqdan giriş, ortaq məlumat platforması, Robotik Proses Avtomatlaşdırması, işçi qüvvəsinin 50 faizini dəstəkləmək üçün növbələrin yenidən tərtib edilməsi, inzibati binaların istifadəyə bağlanması və sair kimi mühüm tədbirləri həyata keçirib. COVID-19 Təhlükəsiz Hasilat Sertifikatı üçün yoxlama müddəti uğurla başa çatdırılıb, NEZ və Neft-kimya Birliyi kimya sənayesində ilk genişmiqyaslı kompleks olub.

Qeyd edilib ki, bazarda COVID-19-un təsirlərinə və ABŞ dolları/türk lirəsi məzənnə fərqinin kəskin dəyişməsinə baxmayaraq, “Petkim” bu il cari nisbətini artıraraq likvidlik mövqeyini möhkəmləndirib (2019-cu ilin son cari nisbəti 1,9 idi, 2020-ci ilin sentyabr ayı etibarilə 2-yə yüksəlib). Üstəlik “Petkim” bu ilin sentyabr ayına olan büdcə göstəricilərindən daha yüksək EBİTDA səviyyəsinə çatıb (9 ay üçün proqnozlanan EBİTDA 162 milyon ABŞ dolları, faktiki EBİTDA 166 milyon dollar).

“Pandemiya dövründə NEZ və Neft-kimya Birliyi fəaliyyətlərimizi fasiləsiz şəkildə davam etdirərək təkcə Türkiyə iqtisadiyyatını deyil, həm də kritik sağlamlıq və təhlükəsizlik avadanlığı istehsalçılarını dəstəkləyib. 2017-ci ildə fəaliyyətə başlayan “Değer Benim” platformasında bu günə qədər inteqrasiya, dəyər yaratma, dijital, 6 Sigma və çeviklik (Agile) altında 160 milyon dollar reallaşdırma dəyərində 320 layihə təqdim edilib. Bu layihələrdən 31-i 2020-ci ildə təfərrüatlı şəkildə işlənib hazırlanıb”, - deyə A.Məmmədov qeyd edib.

Bildirilib ki, cari ildə müxtəlif təsirlərə görə bazar şərtləri əlverişli olmasa da (COVID-19, ticarət müharibələri və sair), “Star” aşağı gəlirli mühitdə güclü maliyyə mövqeyini qoruyub saxlamağa nail olub. Zavod 2020-ci ildə 228 milyon dollar kredit ödənişi həyata keçirib. “Star”ın emal həcminin yüksəliş (ramp up) mərhələsi tipik neftayırma zavodlarından daha sürətli şəkildə baş verib. Şərqi Aralıq dənizindəki dövlət neft emalı zavodlarının çoxu pandemiya səbəbindən hasilat həcmlərini azaltdığı və ya dayandırdığı halda “Petkim”in bütün nafta ehtiyaclarını qarşılayan “Star”da ortalama hasilat tutumu istifadə nisbəti 98 faizə çatıb. Aviayanacağa olan tələbatın aşağı olmasına baxmayaraq, dizel yanacağı həcminin artırılması hesabına davamlı emal həyata keçirilib.

Qeyd olunub ki, “Değer Benim” platforması “Star”da 2019-cu ilin son rübündə fəaliyyətə başlayıb. Məhsul verimliliyi, enerji səmərəliliyi, hasilat tutumu və sair kimi bir sıra dəyər mexanizmlərini dəstəkləyən 53 layihə cari ildə artıq detallandırılıb. “Star”ın EBİT dəyəri “Değer Benim” layihələrinin sayəsində 55 milyon dollar artırılıb. 2020-ci ildə “Değer Benim” layihələri “Petkim” və “Star” üçün geniş inkişaf imkanı yaradıb.

A.Məmmədov NEZ və Neft-kimya Birliyinin 2021-ci il üçün nəzərdə tutulan planlarına da toxunub. Bildirib ki, bunlar dəyəri artıran layihələr, səmərəlilik və maksimum istehsal gücü vasitəsilə əməliyyat mükəmməlliyinə nail olmaqdır. Əməliyyatlarda və iş axınlarında avtomatlaşdırma, inkişaf etmiş analitik istifadə halları ilə birlikdə 2021-ci il də Neft Emalı və Neft-kimya Birliyi üçün əhəmiyyətli maliyyə və davamlılıq üçün fayda gətirəcək. “Star” Qlobal Lighthouse Şəbəkəsi müraciət nəticəsini gözləyir. İnteqrasiya üzrə hədəf müəyyən olunmuş dəyər qazanma imkanlarını izləməklə inteqrasiyadan gələn əsas sinerjilərə davam etməkdir. Neft Emalı və Neft-kimya Birliyi müəyyən olunmuş hədəflərə çatacaq.

İstehsalat sahəsində “Star”ın istehsal gücünü artırmaqla əhəmiyyətli bir dəyər yaratmağa davam edəcəyini deyən A.Məmmədov qeyd edib ki, ticarət və təchizat zənciri üzrə əsas hədəflər planlaşdırma və optimallaşdırma, xam neft logistikası inkişafı, orta xammal tədarükü və məhsul satışı, məhsul qarışığı və premiumların optimallaşdırılması, maliyyə baxımından isə “Petkim Eurobond”un yenidən maliyyələşdirilməsinə başlamaq, “Star”ın kredit ödənişləri üzrə qrafikin yenidən müəyyənləşdirilməsi əsas məqsədlərdir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb