Papa Fransisk Fransada apostol səfərindədir
Vatikan, 23 sentyabr, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Fransaya apostol səfərinə gedib.
AZƏRTAC xəbər verir ki, ikigünlük səfər çərçivəsində Papa Fransisk Marsel şəhərində miqrasiya mövzusuna həsr olunan “Aralıq dənizi görüşləri”ndə iştirak edəcək, ruhanilər və din xadimləri ilə görüşlər keçirəcək. Bu, Roma Papasının, ümumilikdə, 44-cü apostol səfəridir.
Aralıq dənizi ölkələrindən yepiskoplar, dini liderlər və gənclərin iştirak edəcəyi görüşdə geosiyasi, sosial və dini mövzular müzakirə olunacaq.
Təyyarədə onu müşayiət edən jurnalistlərin suallarını cavablandıran Roma Katolik Kilsəsinin rəhbəri son günlərdə İtaliyanın cənubundakı Lampeduza adasında müşahidə edilən miqrant axınlarının günahsız insanlara qarşı qəddarlıq nümunəsi olduğunu və bu dəhşətli vəziyyətdən narahatlığını ifadə edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]