Papa Fransisk Yaxın Şərqdə sülhün vacibliyini vurğulayıb
Vatikan, 8 iyun, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Yaxın Şərqdə ən qısa zamanda sülhün əldə olunmasının vacibliyini qeyd edib.
AZƏRTAC xəbər verir ki, pontifik Qəzzada atəşkəsin əldə edilməsinin son dərəcə aktual məsələ olduğunu bildirib və İsrail-Fələstin probleminin iki dövlətli həllinə çağırış edib.
“Hər gün bu müharibənin bitməsi üçün dua edirəm. İsraildə və Fələstində əziyyət çəkən insanların hamısını, xristianları, yəhudiləri və müsəlmanları düşünürəm. Qəzzanın xarabalıqlarından qurtulmasının və silahların dayandırılması qərarının qəbul edilməsinin nə qədər təcili məsələ olduğunu düşünürəm və buna görə də atəşkəs istəyirəm. Fələstin Dövləti ilə İsrail Dövlətinin yan-yana yaşaya biləcəyi, düşmənçilik və nifrət divarlarını yıxacağı davamlı sülhə nail olmaq üçün çalışmalıyıq. Qüds xristianlar, yəhudilər və müsəlmanların qardaş kimi görüşdüyü şəhər olmalıdır”, - deyə Roma Papası vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]