“PARABANK” İSTEDADLI GƏNCLƏRƏ DƏSTƏK VERİR
AZƏRTAC xəbər verir ki, “Parabank” SKB istedadlı gənclərə dəstək proqramı çərçivəsində “İntel” komandasına sponsorluq etməyi qərarlaşdırmışdır. İntellektual gənclərdən ibarət bu komanda gələcəkdə “Breyn-rinq” və “Nə? Harada? Nə vaxt?” oyunlarında Azərbaycanı təmsil edəcəkdir.
Komanda artıq bir neçə ay əvvəl Bakıda keçirilmiş “Azeri open” çempionatında uğurla iştirak etmişdir. Tələbə komandaları arasında bu yaxınlarda Peterqofda keçiriləcək dünya çempionatının seçim turuna da məhz bu komanda vəsiqə qazanmışdır.