Paralimpiyaçılarımız IBSA Dünya Oyunlarında iştirak edəcəklər
Bakı, 6 iyun, AZƏRTAC
Avqustun 18-dən 27-dək Böyük Britaniyanın Birminqem şəhərində Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) Dünya Oyunları keçiriləcək. Oyunlarda Azərbaycan paralimpiyaçıları da iştirak edəcək.
AZƏRTAC Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, nümayəndə heyətinin missiya rəhbəri idman şöbəsinin baş mütəxəssisi Rüfət Rəhimov təyin olunub.
“Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran yarışda ölkəmiz, ümumilikdə, 20 idmançı ilə təmsil olunacaq.
İdmançılar cüdo (16 idmançı) və şahmat (4 idmançı) növlərində güclərini sınayacaqlar.
Qeyd edək ki, reytinq xalları “Paris-2024” Yay Paralimpiya Oyunlarının proqramına daxil edilmiş cüdo idman növünə şamil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]