Parlament seçkilərində qeydiyyata alınanların 305 nəfərinin namizədliyi 25 siyasi partiya tərəfindən irəli sürülüb
Bakı, 31 avqust, AZƏRTAC
Parlament seçkilərində deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, bunu parlament seçkiləri ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri deyib ki, təsdiq olunanlardan qeydiyyata alınanların 305 nəfərinin namizədliyi 25 siyasi partiya tərəfindən, 684 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 1 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.