Paytaxtın Binəqədi və Nəsimi rayonlarında dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxtın Binəqədi və Nəsimi rayonlarında dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları sentyabrın 12-də bir nəfərin 22000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 23 yaşlı C.Məmmədovu, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları isə avqustun 20-də bir nəfərin 3000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı E.Cəfərov və 48 yaşlı R.Şükürovu saxlayıblar.
Faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:20]
Məktəbli formasının tətbiqi ilə bağlı veteranlardan çağırış
- 13.10.2026 [12:56]
“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir
- 13.10.2026 [12:53]
Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək
- 13.10.2026 [12:44]