Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 1 aprel, AZƏRTAC
Paytaxtın Nəsimi rayonunda, Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, "Mercedes" markalı avtomobillə toqquşan "Toyota" markalı avtomobil yolun kənarına aşıb.
“Toyota” markalı avtomobilin sürücüsü avtomobildən çıxarılıb və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.