Paytaxtın Nizami rayonunda sosial obyektin tikintisi məqsədilə 6 müxtəlifcinsli ağacın köçürülməsinə icazə verilib
Bakı, 27 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.
Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin AZƏRTAC-a bildirib ki, həmin ərazidə sosial obyektin inşası məqsədilə tikinti altına düşən 6 müxtəlifcinsli ağacın Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında köçürülməsinə, köçürülməsi mümkün olmayan 1 tut ağacının isə götürülməsinə icazə verilib. Ağaclar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən Birliyin Motodrom tinglik sahəsinə köçürülüb, bioloji inkişafdadır və onlara aqrotexniki qulluq göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]