Pedaqoji Universitetdə tədbir: Heydər Əliyev müasir gənclər siyasətinin banisidir
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (ADPU YAP GB) Tarix və coğrafiya fakültəsi təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” mövzusunda onlayn görüş keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev Heydər Əliyev irsinin və onun gənclər siyasətinin həyata keçirilməsi üçün gördüyü müvafiq işlərin öyrənilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Milli Məclisin deputatı Ramin Məmmədov və YAP GB sədri Bəxtiyar İslamov Heydər Əliyev dühasının təbliğinin gənclərimizin sağlam və vətənpərvər ruhda tərbiyə olunmasında müstəsna rolundan danışıblar.