Pərixanım Mikayılqızı “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşuldu
Bakı, 22 aprel, AZƏRTAC
İnsanları koronavirus (COVID-19) infeksiyasından xilas etməyə çalışan qəhrəman həkimlərimizə növbəti alqış Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzlədirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucusu yazıçı-publisist, şairə Pərixanım Mikayılqızındandır.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib. Pərixanım Mikayılqızı “Ay gözəl həkimlər, gözəl həkimlər” şeiri ilə “Kitabxana - koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulub.
Pərixanım Mikayılqızı 2007-ci ildən Firidun bəy Köçərlinin yaradıcılığının tədqiqi ilə məşğuldur. O, ədibin “Əsərləri” və “Balalara hədiyyə” kitablarını, daha sonra yaradıcılığına həsr edilmiş “Ümmətdən-millətə doğru” elmi əsərini nəşr etdirib.
İki şeirlər kitabı daxil olmaqla Pərixanım Mikayılqızı altı kitab müəllifidir. Onun 80-dan çox elmi və publisistik məqaləsi müxtəlif mətbuat orqanlarında dərc olunub. Hazırda “Elm və təhsil” qəzetinin baş redaktorudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]