Peso Pluma ABŞ-da “YouTube” kanalında 2023-cü ildə ən çox izlənilən artistdir
Bakı, 27 dekabr, AZƏRTAC
Peso Pluma 2023-cü ildə bütün dünya üzrə “YouTube” kanalında 8,5 milyarddan çox baxış sayı toplayıb. Meksikalı musiqi fenomeni Teylor Svifti, Dreyki, “YoungBoy Never Broke Again” və “Bad Bunny”ni birincilik mübarizəsində geridə qoyub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 24 yaşlı müğənninin Kaliforniyadan olan “Eslabón Armado” qrupu ilə “Ella Baila Sola” hiti ABŞ-da ilin mahnısı onluğunda üçüncü yeri tutub.
Əvvəlcə mahnı “TikTok”da məşhurlaşıb, sonra “Billboard Hot 100”ün 65 illik tarixi ərzində birinci regional Meksika trekinə çevrilib.
“Mən minnətdarlıq hissləri keçirirəm ki, mənim musiqim yutubda birinci yer tutub”, - deyə Peso Pluma “Hollywood Reporter”a müsahibəsində bildirib.
Qvadalaxarda boya-başa çatan Peso Pluma futbol ulduzu olmağı arzulayıb. O, 15 yaşında yutubda videoları izləməklə gitarada çalmağı öyrənir, hip-hop və reqqetonla maraqlanır. Peso reper də olmaq istəyirdi.
Lakin “NPR”in yazdığı kimi, “o, tez bir zamanda başa düşdü ki, onun xırıltılı səsi, burunda danışmağı bu musiqi stillərinə uyğun gəlmir. Beləliklə, Peso Meksika nəslinin yeni Z dalğasına qoşuldu, valideynlərinin, nənə-babalarının ənənəvi “country music”inə qayıtdı.
Bu il Peso Pluma bütün dünyaya tanındı. O, çoxsaylı mükafatlara, o cümlədən “İlin mahnısının müəllifi” nominasiyasında “Billboard Latin Music Awards” mükafatına layiq görülüb.
Onun “Génesis” adlı üçüncü albomu 2024-cü ilin fevralında keçiriləcək “Grammy” mərasimində “Música Mexicana”nın ən yaxşı albomu adına namizədlər sırasındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:26]
İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB
- 08.10.2026 [11:19]
ABŞ-nin neft ehtiyatları azalır
- 08.10.2026 [10:53]
NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb
- 08.10.2026 [10:32]
“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib
- 08.10.2026 [10:30]
Medef: Fransa dövlət xərclərini azaltmalıdır
- 08.10.2026 [08:06]
CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər
- 08.10.2026 [07:14]
Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]