Pirallahı gəncləri 200 ağac əkiblər
Bakı, 29 yanvar, AZƏRTAC
YAP Pirallahı rayon təşkilatının başladığı “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti yaşıllaşdırma tədbirləri davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin əsas məqsədi ölkəmizdə meşə zolağının və yaşıllığın daha da genişləndirilməsi və ekoloji durumun yaxşılaşdırılmasına öz töhfəsini verməkdir.
Ağacəkmə aksiyasında təşkilatın gəncləri xüsusilə yaxından iştirak ediblər. Aksiyada 200-dən çox şam və müxtəlif növ digər ağac və kol əkilib, ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.