PİYADA HADİSƏ YERİNDƏ ÖLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Gəncə şəhəri ərazisində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Şəhər sakini Emin Ələkbərov “Mersedes” markalı avtomaşınla Kəlbəcər rayon sakini Yelmar Əşrəfovu vurmuşdur. Nəticədə Yelmar Əşrəfov hadisə yerində keçinmişdir.
Faktla bağlı cinayət işi açılmışdır.