POLİOMİELİT VİRUSU HİNDİSTANDAN DİGƏR ÖLKƏLƏRƏ YAYILIR
AZƏRTAC Dünya Səhiyyə Təşkilatının (DST) saytına istinadla xəbər verir ki, bu il poliomielitin vüsət almasından zərər çəkən Hindistan, əslində, bu xəstəliyin virusunu digər ölkələrə “ixrac edir”. DST-nin məruzəsində deyilir: “Hazırda bu, dünyada yeganə ərazidir ki, oradan poliomielit virusu digər ölkələrə yayılır”.
DST ekspertlərinin məlumatına görə, Hindistan virusu Nepalda, Banqladeşdə və Afrikanın bəzi ölkələrində müşahidə edilmişdir. Cari ildə Hindistanda 283 nəfərin bu təhlükəli xəstəliyə yoluxması qeydə alınmışdır.
Xatırladaq ki, 2002-ci ildə Azərbaycan DST-dən poliomielitin tamamilə ləğv edildiyi ölkə kimi sertifikat almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]