Polis əməkdaşları yanğının söndürülməsinə kömək ediblər VİDEO
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 15-də axşam saatlarında paytaxtın Nəsimi rayonunda - Səməd Vurğun küçəsi ilə Molla Pənah Vaqif küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin birində baş verən yanğının söndürülməsinə polis əməkdaşları tərəfindən ilkin müdaxilə edilib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AZƏRTAC-a verilən məlumata görə, bununla yanaşı, kəsişmədə yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək və yanğınsöndürənlərin hadisə yerinə maneəsiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.
Yanğın qısa müddət ərzində söndürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]