Polis paytaxtda mağazadan və avtomobildən oğurluq edən şəxsləri saxlayıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Nərimanov rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər paytaxt sakininin avtomobilindən 200 min rubl (4 min manat), marketlərin birindən isə 1347 manat oğurlayıblar.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Salmanov və 38 yaşlı E.Vəliyev saxlanılıblar. E.Vəliyevin üzərindən əlavə olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin də aşkarlanıb.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]