Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: ABŞ və Fransa səfirlərinin yüksəklik qorxusu və Sovetlər Birliyinə məhəbbəti

Politoloq: ABŞ və Fransa səfirlərinin yüksəklik qorxusu və Sovetlər Birliyinə məhəbbəti

Bakı, 30 avqust, AZƏRTAC

Avqustun 27-də Şuşa şəhərində işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərə və planlara, postmünaqişə dövründə minatəmizləmə əməliyyatlarına və şəhərsalma potensialının istifadə edilməsinə, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirildi. Dünyanın çoxsaylı dövlətlərinin səfirlərindən və nümayəndələrindən, nüfuzlu beynəlxalq təşkilatları təmsil edən şəxslərdən ibarət 160-dan artıq iştirakçının olduğu həmin konfransda ABŞ və Fransa səfirləri yenidən iştirak etmədilər. Növbəti dəfə heç bir əsas olmadan belə bir mötəbər tədbirdə iştirak etməkdən imtina edən ABŞ və Fransa kimi dövlətlərin səfirləri əslində yenidən təmsil etdikləri dövlətlərin və onların yürütdükləri siyasətin mahiyyətini ortaya qoymuş oldular.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, ABŞ və Fransa dövlətlərini ölkəmizdə təmsil edənlər əslində bu addımları ilə Azərbaycan xalqına və dövlətinə deyil, öz dövlətlərinin yüzillik siyasətlərinə, beynəlxalq aləmdəki nüfuzlarına və uğrunda mübarizə apardıqlarını iddia etdikləri dəyərlərə zərbə vurmuş oldular. Sadəcə, bir tarixi faktı yada salmaq kifayətdir ki, zərbəyə kimin və ya nəyin tuş gəldiyini açıq şəkildə anlamaq mümkün olsun. Birinci Dünya müharibəsindən sonra dünyanı yenidən bölüşdürən və bunu mürəkkəblə rəsmi sənədlərə axıdan bu dövlətlər 1919-cu ildə Paris Sülh Konfransını çağırdılar. Hazırkı müstəqil dövlətimizin hüquqi varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələrinin də iştirak etdiyi, ABŞ və Fransanın da rəhbərlik etdiyi həmin konfransda Cənubi Qafqazla da bağlı qərarlar verildi. Sonradan bütün dünyanın de-yure olaraq tanınmadığı Sovetlər Birliyi tərəfindən qanunsuz olaraq işğal edilmiş Cənubu Qafqaza aid beynəlxalq səviyyədə tanınmış və təsdiq edilmiş ən son xəritə də məhz bu konfransda rəsmiləşdirilib. Sonradan özünün de-yure olaraq dünya tərəfindən tanınmadığı kimi, bütün qərarları ilə yanaşı Cənubi Qafqaza dair tarixi ərazilərə aid reallıqları da istədiyi şəkildə təhrif edərək dəyişmək barədə addımlarının da heç bir hüquqi əsası yox idi. Bu səbəbdən də, regionumuza aid və ötən əsrin əvvəlində bütün dünya tərəfindən həm de-yure, həm də de-fakto tanınan ən son rəsmi xəritələrə əsasən Şuşa şəhəri ilə birlikdə Qarabağ da daxil olmaqla, şərqli və qərbli bütün Zəngəzur Azərbaycan ərazisi kimi tanınırdı. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən ərazilərin də daxil olduğu həmin xəritələrə əsasən torpaqlarımızın 114 min kvadrat kilometr olduğunu təsdiqləyən Paris Sülh Konfransının qərarlarına zidd addım atmaqla ABŞ və Fransa səfirləri həmin Konfransa və onun qərarlarına hörmətsizliklə yanaşı, Sovet İttifaqına sevgilərini ortaya qoymuş oldular.

X.Bəşirov bildirib ki, bununla həm də, ABŞ və Fransa ötən əsrin ortalarından başlayaraq lazım gələndə və maraqlarına uyğun olanda “xalqların öz müqəddəratını təyin etmə” prinsipini, istəklərinə uyğun olmayanda isə “ərazi bütövlüyü” prinsipini önə çəkərək, bu iki prinsiplə bütün dünyanı manipulyasiya etməkdən başqa bir işə yaramayan BMT adlı təşkilatın Təhlükəsizlik Şurasında qəbul etdikləri 4 qətnamənin də kağızdan başqa bir şey olmadığını etiraf etdilər. ABŞ və Fransanın həmin qətnamələrin qəbulundan otuz il sonrakı addımları bir daha onu göstərdi ki, həmin qətnamələr icra edilmək üçün deyil, görüntü yaratmaq, prosesi uzatmaq və keçmiş münaqişəni həllolunmaz vəziyyətə gətirmək üçün qəbul edilib. Yaxud da, onlar üçün həll dedikdə ədalətli həll deyil, tamamilə ədalətsiz və kimlərinsə maraqlarına xidmət edən həll forması nəzərdə tutulduğu da məlum oldu. Bütün bunların məntiqi nəticəsi olaraq o da bir daha aydın oldu ki, Azərbaycan tərəfi 2020-ci ilin 27 sentyabr tarixində işğalçı Ermənistanın çoxsaylı təxribatlarına nəhayət ki, silahla layiqli cavab vermək, onu yerində oturtmaq və nəticəsiz danışıqları bir kənara qoyaraq düşmənlə başa düşəcəyi dildə danışıb ərazi bütövlüyünü güc yolu ilə təmin etməkdə tam haqlı imiş.

"Bütün bunlar məlum olsa da, bir sual hər birimizi düşündürür ki, bəs otuz ilə yaxın Şuşa da daxil olmaqla Ermənistan tərəfindən işğal edilən digər ərazilərimizin qaytarılmasını və keçmiş münaqişənin “həll”i ilə bağlı prosesə “ağsaqqal”lıq edən bu dövlətləri Şuşaya getməkdən çəkindirən amil nədir? Ümumiyyətlə, yüksəklik qorxusu və yaxud onların bu gün də ölmüş cəsədinə nəfəs verməyə çalışdıqları ATƏT-in Minsk qrupundakı 26 illik siyasətlərini və fəaliyyətlərini ifşa edən görüntüləri canlı olaraq ən yaxşı şəkildə göstərmək imkanına malik Şuşaya qalxmaq və oradan bütün bu reallıqları görmək qorxusu?! Hər halda bir yüksəklik ki, tarixi həqiqətləri və reallıqları canlandırmaq imkanına malikdirsə ora qalxmaqdan şərəfli bir missiya ola bilməz. Sonunda həyati təhlükə olsa belə, bu cür missiyadan imtina etməyin yalnız bir adı ola bilər ki, həqiqətdən, ədalətdən və bu dəyərlər uğrunda mübarizə apardığını iddia edən bütün keçmişindən imtina!

Ancaq buna baxmayaraq hər birimiz bilirik ki, dünya təkcə ABŞ və Fransadan ibarət deyil və dünyanın mütləq əksəriyyəti Azərbaycanın haqlı mövqeyini və onun ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir. Bu səbəbdən də, düşünürəm ki, gec tez ABŞ və Fransa səfirləri də nəhayət ki, tarixi reallıqlarla barışmağa məcbur olub, daşı ətəyindən tökəcək və sözlərində dedikləri kimi, əməllərində də haqqın və ədalətin tərəfində durmağa üstünlük verəcəklər", - deyə politoloq qeyd edib.

Xəyal Bəşirov sonda vurğulayıb: “Bu əsassız və heç bir izahı olmayan addımlarına bir dövlətin başçısının köməkçisinin dili ilə bildirilən haqlı ittihama səfirliyin sözçüsü səviyyəsində cavab verməklə bir daha haqsız olduqlarını isbat edən ABŞ tərəfinin, Azərbaycanın suverenliyinin və müstəqilliyinin ən böyük dəstəkçisi olmaları ilə bağlı cavabına münasibətimi də bildirmək istərdim. Sem dayı, Azərbaycanın suverenliyinə və müstəqilliyinə verdiyiniz dəstək sözlərinizdən daha çox fəaliyyətinizdən və atdığınız addımlardan tam bəllidir. Müstəqilliyimizə və suverenliyimizə hələ ki, ən böyük təhdid ekshumasiya edib diriltməyə çalışdığınız ATƏT-in Minsk qrupu və Ermənistan olub ki, hər ikisinin də müqəddəratı bəllidir. Biri ölü, digəri də yarımcan. Zənnimcə, hamı bundan nəticə çıxarsa daha yaxşı olar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda şəlalədə batan şəxsin axtarışlarına başlanılıb

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Agentlik: Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb

Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər

® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır

Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər

NATO: ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub

İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir

Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

Xüsusi qabiliyyət imtahanlarının keçirilmə qrafiki açıqlanıb

ATMU-da imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü təşkil olunub

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir

Siyasi şərhçi: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə vizyonunu rəsmiləşdirib

İslam mərasimlərinin folklor semantikası: mənəvi kamillik və sosial həmrəylik

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsinə töhfə verməkdədir - Türk jurnalist

Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir

“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib

“Səməd Vurğun poeziyasının dili” mövzusunda elmi sessiya təşkil olunub

Qəbələdə zəlzələ olub

Mis qiymətləri üçhəftəlik ən aşağı səviyyədən yüksəlir

Humanoid robotlar sürətlə inkişaf edir

UNEC-də “Məzun platforması” istifadəyə veriləcək

Şimali İrlandiyada iğtişaşlarla bağlı saxlanılanların sayı 19-a çatıb

NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub

Kaşağan qaz emalı zavodu layihəsi praktiki icra mərhələsinə qədəm qoyub

Həyat şansı: Çin donor orqanlarının əlçatanlığını genişləndirir

Beynəlxalq tədbirdə Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı görülən işlərdən danışılıb

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB VİDEO

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB VİDEO

Ramil Həsən: TÜRKPA türk dövlətləri arasında əlaqələrin inkişafında mühüm rol oynayır

Azərbaycan Universiteti RUR beynəlxalq reytinqində mövqeyini yaxşılaşdırıb

Bəşir Hacıyev: Kəlbəcərdə arıçılıq, heyvandarlıq və əkinçilik üzrə sahibkarlıq təşəbbüsləri genişləndirilir

Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb

Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının 2026-2030-cu illər üzrə inkişafı müzakirə edilib - YENİLƏNİB VİDEO

Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının 2026-2030-cu illər üzrə inkişafı müzakirə edilib - YENİLƏNİB VİDEO

Şuşa Bəyannaməsi: beş ildə təsdiqini tapan tarixi qərar - ŞƏRH

Böyük Britaniyada 1 milyon gəncə meningit əleyhinə peyvənd təklif olunacaq

Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu yaradılır

Rejissor Aynur Zərrintac: Ölkədə mədəniyyətin və incəsənətinin inkişafında özəl teatrların rolu son dərəcə vacibdir

Psixoloq: Sosial şəbəkələr uşaqların diqqət və konsentrasiya qabiliyyətinə təsir edir

Rafiq Aslanov: Qarabağda su və torpaq ehtiyatlarından daha səmərəli istifadə üçün geniş infrastruktur layihələri icra olunur

Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb

Seymur Səfərli: Dövlət Proqramı çərçivəsində güzəştli kreditlər və faiz subsidiyaları nəzərdə tutulur VİDEO

Seymur Səfərli: Dövlət Proqramı çərçivəsində güzəştli kreditlər və faiz subsidiyaları nəzərdə tutulur VİDEO

Məşhur rəssam Devid Hokni vəfat edib

Vellinqton hava limanında yanğın: sərnişinlər terminaldan təxliyə edilib

“Şirvan Aqro”: İlin sonunadək südlük istiqamətdə inək və düyələrin sayının 3200 başa çatdırılması planlaşdırılır

Azərbaycan avarçəkəni Avropa çempionu olub

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olunub

"Göyçay-Süd" ASC Laçında yeni emal zavodu tikməyi planlaşdırır VİDEO

"Göyçay-Süd" ASC Laçında yeni emal zavodu tikməyi planlaşdırır VİDEO

Xəzər rayonunda 13 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Fermer təsərrüfatının direktoru: Heyvandarlıq və müasir suvarma sahəsinə 10 milyon manat investisiya qoyacağıq VİDEO

Fermer təsərrüfatının direktoru: Heyvandarlıq və müasir suvarma sahəsinə 10 milyon manat investisiya qoyacağıq VİDEO

Azərbaycan-Türkiyə münasibətləri "ortaq inkişaf və qarşılıqlı güclənmə” modelinə əsaslanır Rəy

Fransada inflyasiya artıb

İsveç Müdafiə Komitəsi Rusiya ilə NATO arasında mümkün hərbi toqquşma riskindən danışıb

Prezidentin xüsusi nümayəndəsi: Ağdam, Füzuli və Xocavənd Azərbaycanın əsas aqrar-investisiya mərkəzinə çevriləcək

Məcnun Məmmədov: Ekstensiv əkinçilikdən intensiv əkinçiliyə keçid təşviq ediləcək

“Mehr”: İran müəyyən şərtlər yerinə yetirilmədən nüvə danışıqlarına başlamayacaq

Ərzaq təhlükəsizliyinin təminatında 2026-2030-cu illər Dövlət Proqramının rolu: yeni çağırışlar və hədəflər

Şuşa Bəyannaməsi Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasında mühüm rol oynayır ŞƏRH

Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb

AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin VİDEO

AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin VİDEO