Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Azərbaycan regionda siyasi, iqtisadi və hərbi baxımdan böyük gücə sahibdir

Politoloq: Azərbaycan regionda siyasi, iqtisadi və hərbi baxımdan böyük gücə sahibdir

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycanın Qələbəsi ilə bitən İkinci Qarabağ müharibəsi nəticəsində imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra hesab edilirdi ki, Ermənistan regionda sabitliyin yaranması üçün konstruktiv addımlar atacaq, sülh razılaşmasının əldə olunmasına çalışacaq. Amma görünən odur ki, Ermənistan yenə sülh danışıqlarını imitasiya edərək, regiona uzaq olan ölkələrin gəlməsinə, erməni lobbisinin və maraqlı dairələrin təsiri ilə separatizmin yenidən dirçəldilməsinə səy göstərdi. Həmçinin ərazimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının olduğu bölgədə qondarma respublikanı yenidən formalaşdıraraq, həmin yerləri “boz zonaya” çevirmək istədi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

“Nikol Paşinyanın sentyabr ayının əvvəlində qondarma respublikanı “müstəqillik günü” münasibətilə təbrik etməsi, ayın 9-da orada keçirilən “prezident” seçkiləri, ümumiyyətlə, son zamanlar Ermənistan silahlı qüvvələrinin mövqelərimizi sistemli şəkildə atəşə tutması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis-istehkam cəhətdən təkmilləşdirilməsi, terror qruplarının və hərbi texnikanın yerdəyişməsi, döyüş vəziyyətinə gətirilməsi, səfərbərlik tədbirləri və kəşfiyyat fəaliyyətlərinin artırılması, mülki təyinatlı yolların terror məqsədilə minalaması müəyyən tədbirlərin görülməsini zərurətə çevirdi. Eyni zamanda, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda erməni diversiya qrupunun basdırdığı minanın partlaması nəticəsində mülki şəxslərin və polis əməkdaşlarının həlak olması Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə antiterror tədbirlərini həyata keçirməsini qaçılmaz etdi. Əlbəttə, bu barədə Prezident İlham Əliyev dəfələrlə Ermənistana, separatçılara və separatizmi dəstəkləyən qüvvələrə açıq şəkildə bəyan etmişdi ki, Azərbaycan separatizmin baş qaldırmasına, erməni təxribatlarına və təhdidlərinə dözməyəcək.

Həyata keçirilən antiterror tədbirləri nəticəsində 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli mövqelər Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götürülüb. Azərbaycan 2020-ci ildən sonra öz Ordusunu daha da təkmilləşdirərək, müxtəlif təyinatlı yeni hərbi birliklər yaradıb. Yeni yaradılmış qüvvələr dağlıq, meşəlik və yaşayış məntəqələrində müasir silah və texniki vasitələrdən istifadə etməklə əməliyyat aparmaq imkanına malikdirlər. Elə ona görə də antiterror tədbirləri nəticəsində mülki əhaliyə və infrastruktura zərər vurulmadan xeyli sayda qanunsuz silahlı dəstələr məhv edilmişdi”, - deyə politoloq bildirib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Qarabağ iqtisadi rayonunda mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi. Onların tərk-silah edilməsi beynəlxalq hüququn müddəaları ilə yanaşı, üçtərəfli Bəyanatın şərtlərinin təmin olunması, işğaldan azad edilən ərazilərə qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb edilmiş mülki işçilərin, habelə hərbi qulluqçuların təhlükəsizliyinin qorunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilmişdi.

Keçirilən bir günlük tədbirlərin nəticəsində separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldı və Azərbaycan dövlətinin tələblərini qəbul etdilər. Bu da Prezident İlham Əliyevin bildirdiyi kimi, bölgəmizdə yeni imkanlar yaradacaq və sülhün əldə edilməsini tezləşdirəcək. Separatçı rejim həmin ərazilərdə yaşayan sakinlərin Azərbaycana reinteqrasiya olunmasına da imkan vermirdi. Bütün bunlardan sonra reinteqrasiya prosesi üçün də yeni imkanlar yaranır. Növbəti görüşlərin keçirilməsi və dövlətimiz tərəfindən həmin ərazilərdə yaşayan erməni sakinlərə humanitar yardımın göndərilməsi də qərara alınıb.

Y.Hacızadə deyib: “Bu ilin aprel ayında “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ilə separatçıların Ermənistanla əlaqələri kəsildi və ölkəmizə silah və terrorist keçirilməsinin qarşısı alındı. Təəssüflər olsun ki, Ermənistan və erməni lobbisi bundan “blokada və aclıq” şousu yaratmağa çalışdı. Lakin Azərbaycanın mülki əhaliyə zərər vurmadan antiterror tədbirləri keçirməsi, daha sonra orda yaşayan insanlara humanitar yardım göndərməsi bizə qarşı olan bütün qarayaxmaları fiaskoya uğratdı.

Qısa müddətli lokal xarakterli antiterror tədbirləri bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan regionda siyasi, iqtisadi və hərbi baxımdan böyük gücə sahibdir və ərazi bütövlüyünün qorunması, suverenliyinin təmin olunması, ona qarşı olan təxribatların qarşısının alınması üçün heç bir qüvvəyə güzəşt etməyəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO