Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: “Siyasi partiyalar haqqında” yeni qanun böyük peşəkarlıqla hazırlanıb

Politoloq: “Siyasi partiyalar haqqında” yeni qanun böyük peşəkarlıqla hazırlanıb

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycan bu gün qalib ölkə olaraq geostrateji mövqelərini xeyli gücləndirərək qlobal siyasi gücə çevrilib. Nəticədə ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeləri xeyli qüvvətlənib. İndi Azərbaycan Şərqdən Qərbə, Avropadan Asiyaya qədər siyasi proseslərin vacib aktorlarındandır.

Ölkə rəhbərinin hər həftə gerçəkləşdirdiyi xarici səfərlərdə dövlətimizin başçısına olan hörmət və ehtiramın bir daha şahidi oluruq. Bütün bunlarla yanaşı, postpandemiya dövrünün qlobal çağırışları və Qarabağ müharibəsindən sonra ölkəmizdə yaranan lokal fon qanunvericilikdə müəyyən dəyişikliklər və yenilikləri labüd edirdi. Bəzi qanunlar uzun illər əvvəl qəbul edilib. Dəyişən qalib ölkənin qanunları həm yeniləşən dünyaya uyğun olmalı, həm də milli çalarları özündə birmənalı şəkildə əks etdirməlidir. Cəmiyyətdən də bu mövzuda xeyli çağırışlar var. Nəzərə almaq lazımdır ki, Azərbaycan bu gün siyasi münasibətlər sistemi baxımından dünyaya örnək olacaq rol model rolunu oynaya bilir. Ən tərəqqi etmiş ölkələrdə belə siyasi qüvvələr və ideologiyalar arasında ciddi ixtilaflar və konfrantasiyalar yaşanır. Cəmiyyətlərin daxilində ciddi xaos və siyasi dözümsüzlüklər müşahidə edilir. Regionumuzda Ermənistanda, Avropada - Fransada, Almaniyada və ABŞ-da siyasi rəqiblərin necə radikallıq nümayiş etdirdiyini müşahidə edirik.

Kəskinləşən sağ radikal elementlər və şüarçı ifrat solçuluq siyasi rəqabət anlayışın meyarlarını dünyada sarsıtmağa başlayıb. Ölkəmizdə isə iqtidar müxalifətlə dialoq aparır. Azərbaycan dövləti partiyaların inkişafı üçün onlara şərait yaradır. Həmçinin hakim partiyanın tədbirlərinə müxalif partiya rəhbərləri də dəvət edilir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən müxalif partiyalar dinlənilir, təklifləri eşidilir və müzakirələr daimi xarakter alıb. Eyni zamanda, bütün bu pozitiv nüanslar siyasi partiyalar haqqında qanunun yeniləşib daha da inkişaf etdirilmısini zəruri edirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

O bildirib ki, qanun hazırlanarkən daha bir örnək addım atılaraq aidiyyəti bütün sferaların fikirləri öyrənildi. Qanun layihəsi Milli Məclisin saytında yerləşdirildi, yeni layihə ilə tanış olub ora əlavələrlə bağlı bütün maraqlı kəsimlər öz təkliflərini səsləndirdi. Milli Məclis tərəfindən partiyalarla dinləmələr keçirildi. Bütün siyasi qüvvələrdən yeni qanun layihəsinə dair təkliflər alındı, onların fikirləri və tövsiyələri nəzərə alındı. Eyni zamanda, ölkə ictimaiyyətinin tanınan siyasi şərhçiləri, media nümayəndələri və QHT təmsilçiləri ilə də dinləmələr keçirildi və təkliflərimizi səsləndirdik. Qanun böyük peşəkarlıqla formalaşdırıldı, dinləmələr vasitəsilə fikirlər toplandı və nəticədə plenar iclasda müzakirəyə çıxarılmağı məqsədəmüvafiq hesab edildi.

Ekspertin fikirlərinə görə, Milli Məclisin müraciəti əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin qəbulundan öncə ictimai rəy sorğusu keçirilib. Rəy sorğusunda vətəndaşların yeni qanun layihəsinin müddəaları da daxil olmaqla təqribən qırx sual ətrafında mövqeyi öyrənilib. Burada 21 suala cavablar qeyd olunub. Sorğu 1071 respondent arasında ev təsərrüfatlarında aparılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95 faiz, əminlik intervalında 3 faiz təşkil edib.

"Qanunda vacib nüanslar var ki, təhlükəsizlik və bir sıra məsələlərə görə mühüm əhəmiyyətə malikdir. Seçkilərdə iştirak edən partiyalar Milli Məclisdə təmsil olunmadıqları halda da dövlətdən maliyyələşəcək. Bu isə siyasi rəqabətin bütün nəzakət qaydalarını tapdaladığı qlobal siyasi cameə üçün də uğurlu örnək ola bilər. “Siyasi partiyalar haqqında” qanun layihəsi 66-dan artıq dəyişikliklərdən sonra yalnız parlament partiyaları və bütövlükdə Milli Məclisin təşəbbüsü ilə deyil, eləcə də parlamentdə təmsil olunmayan 50-dən çox partiyanın, həmçinin 3-cü sektorun, vətəndaş cəmiyyəti institutlarının birgə layihəsi kimi vətəndaşlarımızın maraqlarını özündə ehtiva edir. Partiyaların yaradılması üçün üzv tələbənin 10 mindən 5 min nəfərə endirilməsi ölkəmizdə səsvermə hüquqlu vətəndaşların bir faizindən də aşağı göstəricidir, bu özlüyündə yetərincə demokratik bir normadır və Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi tövsiyələrə - yəni, səsvermə hüquqlu əhalinin bir faizi normasına tam uyğundur", - deyə politoloq vurğulayıb.

Sektor müdiri qeyd edib ki, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəaların layihədən çıxarılması dinləmələrdəki fikirlərə verilən dəyərin göstəricisidir. Azərbaycanda ilk dəfə, dövlət hər hansı kvota qoymadan, yəni, 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün mükəmməl bir modeli qanunvericiliyə daxil edir.

Yeni qanun layihəsində zamanın çağırışları tam əks olunub. Bir siyasi partiyanın bütün xalqın adından danışmaq haqqı yoxdur və qanunvericilikdə bu məsələ qeyd olunmaqla siyasi partiyaların açıqlamalarındakı məsuliyyətini artıracaq. Siyasi partiyanın aldıqları üzvlük haqları, ianələr və digər əvəzsiz köçürmələr Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəət vergisindən azad olunur ki, dünyanın ən qabaqcıl ölkələrində bu sahədə vəziyyət ürəkaçan deyil.

Tural İsmayılov əlavə edib ki, siyasi partiyaya ayrılmış dövlət maliyyə yardımının xərclənməsinin yoxlanılması Hesablama Palatası tərəfindən, siyasi partiyanın digər maliyyə fəaliyyətinin yoxlanılması Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçiriləcək. Vətəndaşlarımız qarşısında siyasi partiyaların hesabatlılığı təmin edilmiş olacaq. Siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağan olunur. Dövlətçilik maraqları prizmasından yanaşdıqda mütləq diqqət edilməli müsbət məqamlardan biridir.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Azərbaycanda siyasi münasibətlər sisteminə əvəzsiz töhfə verəcək. Yeni qanun dövlətin siyasi partiyaların inkişafına olan yanaşmasını da özündə əks etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb