POLŞA AZƏRBAYCANLA MÜDAFİƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ ETMƏK NİYYƏTİNDƏDİR
Bu fikir yanvarın 31-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Polşanın ölkəmizdəki səfiri Martsin Navrotla görüşündə bildirilmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a demişlər ki, səfir Martsin Navrot Polşanın Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq etmək niyyətində olduğunu və bu məqsədlə ölkəsinin müdafiə nazirinin Bakıya səfərə gələcəyi barədə məlumat vermişdir.
Azərbaycanın Bolqarıstan, Litva, Ukrayna və digər dövlətlərlə müdafiə sahəsində sazişlər imzaladığını və uğurlu əməkdaşlıq etdiyini vurğulayan nazir Səfər Əbiyev demişdir ki, biz Polşanın Müdafiə Nazirliyi ilə də saziş imzalamağa hazırıq.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]