Polşa Prezidenti yeni konstitusiya layihəsi üçün şura yaradır
Bakı, 1 may, AZƏRTAC
Mayın 3-də, Konstitusiya Günündə Polşa Prezidenti Karol Navrotski ölkənin əsas qanununun yeni layihəsini hazırlamaq üçün şura çağıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Polşa liderinin mətbuat katibi Rafal Leskeviç tərəfindən açıqlanıb. “Prezident 3 May - Konstitusiya Günündə yeni konstitusiya üzrə şura yaradacaq”, - deyə Rafal Leskeviç Polsat televiziyasına bildirib. Onun sözlərinə görə, şuranın işində bütün parlament qruplarının nümayəndələri və ekspertlər iştirak edəcəklər. Hazırkı plana görə, yeni konstitusiya layihəsi Karol Navrotskinin prezidentlik müddətinin sonuna, yəni 2030-cu ilədək hazır olmalıdır.
Xatırladaq ki, respublikanın yeni konstitusiyasını hazırlamaq Karol Navrotskinin seçki kampaniyasının əsas vədlərindən biri idi. Polşanın hazırkı konstitusiyası 1997-ci ildə qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]