Polşada ən zəngin iş adamlarından biri ölü tapılıb
Bakı, 7 iyun, AZƏRTAC
Polşa polisi ölkənin ən zəngin iş adamlarından biri - Yeji Kjanovskinin cəsədini aşkarlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Krosno şəhərinin polis idarəsi məlumat yayıb.
Məlumata görə, biznesmenin axtarışı gecə yarısı başa çatıb. Cəsədin itkin düşmüş 54 yaşlı iş adamına aid olduğu təsdiqlənib. Ölümün səbəbi hələlik açıqlanmayıb.
İyunun 6-da 54 yaşlı biznesmen evini tərk edərək yoxa çıxmışdı. Onun axtarışına polis, xilasedicilər, itlər və termal görüntü dronu cəlb edilmişdi.
Yeji və qardaşı Adam Avropanın ən böyük ofis mebeli istehsalçılarından biri olan “Yeni üslub” kompaniyasının həmtəsisçiləridir. 2016-cı ildə Yeji Kjanovskiyə qarşı korrupsiya ittihamı irəli sürülsə də, o, heç vaxt məhkəməyə gəlməmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]