Portuqaliya hökuməti irriqasiyaya 560 milyon avro sərmayə yatıracaq
Lissabon, 29 mart, AZƏRTAC
Portuqaliyanın kənd təsərrüfatı və ərzaq naziri Luis Medeyros Vieyra bildirib ki, hökumət quraqlığın nəticələrini yumşaltmaq üçün tədbirlər görür. Milli İrriqasiya Proqramının həyata keçirilməsi belə tədbirlərdən biridir. Proqram 100 min hektar suvarılan torpağın yaradılmasını nəzərdə tutur. Bunun üçün dövlət 2023-cü ilə qədər 560 milyon avro məbləğində investisiya yatırmalıdır.
AZƏRTAC xəbər verir ki, nazir bu sözləri Braqada keçirilən 52-ci Beynəlxalq Kənd Təsərrüfatı, Heyvandarlıq və Ərzaq Yarmarkasında (AGRO 2019) söyləyib.
Yeni suvarılan torpaqların yaradılması su ehtiyatlarının təşkil edilməsinə, onun qıtlığının aradan qaldırılmasına və bu resursdan səmərəli istifadəni təmin edən sistemlərin tətbiq olunmasına investisiya yatırmaq məqsədi daşıyır.
L.M.Vieyra etiraf edib ki, quraqlıq təhlükəli vəziyyətdir. O xatırladıb ki, iqlim dəyişdikcə daha ekstremal hadisələr baş verəcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]