RƏSMİ XRONİKA
PORTUQALİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ANİBAL KAVAKU SİLVAYA
Hörmətli cənab Prezident,
Milli bayramınız - Portuqaliya günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan-Portuqaliya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 iyun 2008-ci il.