Prezident: Biz Qərbdən Şərqə yüklərin daşınması haqqında da düşünməliyik
Bakı, 19 yanvar, AZƏRTAC
Yeni layihələr var, məsələn, Çin tərəfindən irəli sürülən Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu. Nəticə etibarilə bu dəmir yolu Xəzər dənizi tərəfə, bizim istiqamətə uzanacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib.
Dövlətimizin başçısı deyib ki, bununla yanaşı, təkcə Şərq-Qərb deyil, həmçinin Qərb-Şərq nəqliyyat marşrutunun üstünlükləri üzərində işləmək lazımdır. “Buna qədər diqqət yüklərin Çindən Mərkəzi Asiyaya və daha sonra Avropaya nəql olunmasına yönəldilib. Biz əks istiqamətdə yüklərin daşınması haqqında düşünməliyik. Bunun üçün isə əks istiqamətdə biznes mühitinin də hədəflərimizə müvafiq olması lazımdır”, - deyə Azərbaycan Prezidenti bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [17:28]
“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [13:38]