PREZİDENT BUŞ İRAQ VƏ ƏFQANISTANDAKI ƏMƏLİYYATLAR ÜÇÜN DAHA 80 MİLYARD DOLLAR İSTƏYİR
ABŞ Prezidenti Corc Buş Konqresdən İraq və Əfqanıstandakı əməliyyatlar üçün daha 80 milyard dollar pul ayrılmasını xahiş edəcəkdir. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ağ ev rəsmilərinin bildirdiyinə görə, həmin vəsaitin 75 milyard dollarını ABŞ-ın hərbi xərclərinin ödənilməsinə, qalan hissəsini isə Bağdadda yeni Amerika səfirliyinin yeni binasının tikintisinə, yerli hərbi qüvvələrinin təliminə və digər məqsədlərə sərf etmək nəzərdə tutulur. Prezident Buşun adından yayılan bəyanatda deyilir ki, əlavə vəsait ABŞ qoşunlarını dəstəkləyəcək, Amerikanın və İraq xalqının terrorçulara qarşı durmasına kömək edəcəkdir.
Ötən il Konqres tərəfindən «müharibə xərcləri» kimi ayrılan 25 milyard dollara əlavə olaraq, 80 milyard dollar istənilməsi qanunverici orqandakı demokratlar arasında müzakirəyə səbəb olmuşdur. Məsələ bundadır ki, Amerikanın Yaxın Şərqdəki əməliyyatlarının xərci nəzərə alınmadan da, ABŞ hökuməti qarşıdakı 10 il ərzində 855 milyard dollar büdcə kəsiri ilə qarşılaşacaqdır. Bu rəqəmi çərşənbə axşamı Konqresin büdcə ofisinin təhlilçiləri yaymışlar.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]