Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi qatar qəzası ilə əlaqədar İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin X sosial şəbəkə hesabında paylaşım edilib.
“İspaniyada baş vermiş faciəvi qatar qəzası məni dərindən kədərləndirib.
Baş nazir Pedro Sançesə, həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı verirəm.
Bütün xəsarət alanlara tezliklə sağalmalarını arzulayıram”, - deyə paylaşımda bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [21:38]
BIAF-2026: İncəsənət bayramı paytaxta qayıdıb
- 28.10.2026 [19:40]
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
- 28.10.2026 [18:03]
Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasını imzalayıb
- 28.10.2026 [17:46]