PREZİDENT İLHAM ƏLİYEV “AZƏRKOSMOS” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ HAQQINDA SƏRƏNCAM İMZALAMIŞDIR
Bakı, 3 may (AZƏRTAC). Prezident İlham Əliyev mayın 3-də “Azərkosmos” Açıq Səmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalamışdır.
Sərəncama əsasən, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə səhmləri dövlətə məxsus “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti yaradılacaqdır.
Nazirlər Kabinetinə tapşırılmışdır ki, Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin.