Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin “İlin siyasətçisi” seçilməsi Lider kimi bütün keyfiyyətlərinin bir daha təqdimatıdır

Prezident İlham Əliyevin “İlin siyasətçisi” seçilməsi Lider kimi bütün keyfiyyətlərinin bir daha təqdimatıdır

Bakı, 25 dekabr, AZƏRTAC

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 17 illik fəaliyyətinin zirvəsi kimi dəyərləndirilən Zəfərimiz istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə keçirilən sorğularda da yüksək qiymətləndirilir. Təbii ki, bu uğur, bu günün səylərinin deyil, illərin qətiyyətinin, düşünülmüş və məqsədyönlü siyasətin, ölkəmizin istər daxildə, istərsə də beynəlxalq aləmdə qazandığı uğurların, eyni zamanda, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinin prioritetliyi fonunda atılan addımların məntiqi nəticəsidir. Prezident İlham Əliyev dekabrın 23-də xanımı Mehriban Əliyeva ilə işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri zamanı əsgərlərlə görüşündə bir daha bu məqamı xüsusi qeyd etmişdir ki, peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat - bütün bu amillər birlikdə və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi. İstifadə etdiyimiz taktiki üsullar dünya hərb elmi üçün yenilikdir. Vaxt keçdikcə bu məsələ ilə bağlı daha geniş məlumat veriləcək. Ancaq bu gün də artıq xarici mətbuata sızan məlumatlar onu göstərir ki, bu müharibə döyüş əməliyyatlarının gedişində hərbi ekspertlər tərəfindən çox ciddi təhlil edilirdi və indi də edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Rusiyanın məşhur “Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib. Prezident İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilib. Nəşr yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar.

Baş redaktor diqqətə çatdırıb ki, 30 il həllini gözləyən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 44 gündə Azərbaycanın hərbi və siyasi Qələbəsi ilə başa çatması dövlətimizin başçısı İlham Əliyevin uğurlu siyasətinin, qətiyyətli mövqeyinin, illərdir Ali Baş Komandandan “Azərbaycan əsgəri, irəli!” əmrini gözləyən ordumuzun qüdrətinin, döyüş ruhunun yüksəkliyinin, Vətən, torpaq sevgisinin nəticəsidir “Dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirərək, davamlı inkişafa nail olması bu Qələbəmizə gedən yolu hər an yaxınlaşdırırdı. Beynəlxalq münasibətlər sistemində güc və beynəlxalq hüquq amillərinin önəmini nəzərə alsaq, Azərbaycanın hər iki istiqamətdə üstünlüyü göz önündədir. Müstəqil və praqmatik siyasətində dövlətin və xalqın maraqlarının ifadəsinə əsaslanan addımları ilə hər günümüzü tariximizə önəmli hadisələrlə dolu zəfər günləri kimi yazan dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarında bu inam öz əksini tapırdı ki, üçrəngli bayrağımız işğal altında olan torpaqlarımızın hər bir guşəsində dalğalanacaq. Bu əminliyə əsas verən təbii ki, Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar, eyni zamanda, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın yaradılması idi. Ötən 30 ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icrasını gözləsə də, Azərbaycan Ordusu bu missiyanı özü təkbaşına 44 gündə həyata keçirdi, işğala son qoydu. Ermənistana və ona havadarlıq edən dövlətlərə sübut etdi ki, yenilməz, məğrur ordusu olan Azərbaycandır. Ermənistanın illərdir yaratdığı “yenilməz erməni ordusu” mifi darmadağın edildi. Torpaqlarımızı heç zaman geri qaytarmayacaqları xülyası ilə yaşayan Ermənistan rəhbərlərinin bu ərazilərimizdə yaratdıqları istehkamlar dağıdıldı, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında diz çökdü. 10 noyabr üçtərəfli Bəyanatı dünyaya Azərbaycan Prezidentinin qətiyyətini, ordumuzun gücünü, qüdrətini göstərdi. 44 gündə Azərbaycana nə qədər təzyiqlər göstərildi, müharibənin dayandırılması ilə bağlı tələblər irəli sürüldü. Bütün təzyiq və təhdidlərə əsl Liderə xas olan mərdliklə sinə gərən dövlətimizin başçısı İlham Əliyev mövqeyindən geri çəkilməyərək Ermənistanın baş naziri Nikol Paşinyanın 7 şərtinin qarşısında bir şərt qoydu - torpaqlarımızdan çıxsınlar, rayonların boşaldılması ilə bağlı cədvəl təqdim etsinlər. Əks təqdirdə müharibə sonadək aparılacaq”, - deyə o qeyd edib.

Vüqar Rəhimzadə Azərbaycan Ordusunun döyüş meydanında qalibyyətindən, şücaətindən bəhs edərək bildirib ki, bütün bu uğurlarımız 10 noyabr Bəyanatının imzalanmasını şərtləndirdi, Ermənistan kapitulyasiya aktına imza atdı: “Ötən 30 ilə müxtəlif baxışlar mövcud olsa da, real olan budur ki, bu müddətdə işğalçı dövlət ona olan diqqət və qayğıdan ərköyünləşərək beynəlxalq hüquq amilinin mövcudluğundan xəbərsiz olub, xülyalarla yaşayıb, yeni ərazilər uğrunda müharibə planı hazırlayıb. Azərbaycan isə bu müddətdə güclənib, haqqın-ədalətin kimin tərəfində olduğunu əsaslı şəkildə dünyaya çatdırmaqla yanaşı, bu reallığın beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapmasına nail olub. Məhz bu kontekstdən yanaşdıqda açıq-aydın görmək olur ki, bu gün bir tərəfdə yenilməz ordusu olan qalib Azərbaycan, digər tərəfdə isə ordusu məhv edilmiş məğlub Ermənistan dayanıb”, - deyən baş redaktor vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin ölkədə və beynəlxalq aləmdə qazandığı imic, yaratdığı ümumi portret budur ki, o, praqmatik siyasətçidir. Hadisələri, prosesləri dəqiq qiymətləndirməyi, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim etməyi bacaran, ən əsası öz xalqının, dövlətinin gələcəyini düşünən, dövlət maraqlarını hər şeydən üstün tutan, müstəqil siyasəti ilə öz qətiyyətli mövqeyini ortaya qoyan alternativsiz Liderdir. Zəfərimiz Prezident İlham Əliyevin bu keyfiyyətlərinin real mənzərəsini bir daha dünyaya təqdim etdi. Rusiyanın məşhur “Vedomosti” nəşrinin seçimi bunun bir daha təsdiqidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada ilk qar

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb