Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin köməkçisi Hikmət Hacıyev beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb

Bakı, 28 avqust, AZƏRTAC

Avqustun 28-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən 25 QHT-nin sədri ilə görüş keçirib. Bu barədə AZƏRTAC-a Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dolğun və səmərəli şəkildə çatdırılması, milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin təbliği, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq platformalarda ifşa olunması müvafiq dövlət qurumları ilə yanaşı, QHT sektoru üçün də prioritet məsələdir. Buna görə də şura daim QHT-lərin bu istiqamətdə olan təşəbbüs və layihələrini dəstəkləyir. O, inandığını bildirib ki, Prezidentin köməkçisi - Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bugünkü görüşü beynəlxalq əməkdaşlıq sahəsində çalışan QHT-lərin fəaliyyətini daha da stimullaşdıracaq.

Prezidentin köməkçisi Hikmət Hacıyev dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qətiyyətli və milli maraqlarımızı əsas tutan siyasət apardığını bildirib. O vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə ciddi nüfuza malik olan ölkəyə çevrilib. Hazırda dünyanın 120 ölkəsinin üzv olduğu Qoşulmama Hərəkatına Prezident İlham Əliyevin sədrlik etməsi beynəlxalq aləmin ölkəmizə göstərdiyi yüksək etimadın növbəti təzahürüdür.

Hikmət Hacıyev Prezidentin rəhbərliyi ilə Azərbaycanın hücum diplomatiyası siyasəti yürütdüyünü və bütün önəmli beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini müdafiə etdiyini deyib.

Prezidentin köməkçisi bugünkü görüşün əhəmiyyətinə toxunaraq QHT rəhbərlərini dinləmək, onların beynəlxalq əməkdaşlıq istiqamətində fikir və ideyaları, həmçinin layihə təklifləri ilə yaxından tanış olmaq istədiyini bildirib.

Görüşdə Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli, "Bakı Şəbəkəsi" araşdırmalar və təhlil İctimai Birliyinin sədri Elxan Ələsgərov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının İdarə Heyətinin üzvü Nərgiz Eyvazova, Beynəlxalq Dialoq və İnkişaf Alyansı İctimai Birliyinin sədri Nüşabə Məmmədova, İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Əhməd Əlili, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri Şəlalə Həsənova, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə, “Misra” informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyinin sədri Fuad Abbasov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov, “Azərbaycandakı Rus İcması” İctimai Birliyinin üzvü Anastasiya Lavrina, "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyinin sədri Fuad Hüseynzadə, "Sağlam Düşüncə" Gənclər Təşkilatı İctimai Birliyinin təsisçisi Ramiz Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev, "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, "Üçüncü Sektor" İctimai Birliyinin icraçı direktoru Toğrul Allahverdili, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Məryəmxanım Tağıyeva-Zeynalova, “Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Qurban Kərimbəyli, Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri Yeganə Hacıyeva, "Avropa Gənclər Parlamenti - Azərbaycan" İctimai Birliyinin sədri Rəfail Ağayev və Qərbi Azərbaycan İctimai Birliyi Gənclər Təşkilatının sədri Günay Vəlizadə iştirak ediblər.

Çıxış edən QHT rəhbərləri QHT-lərlə başlanılan dialoqa və bugünkü görüşə görə Hikmət Hacıyevə təşəkkürlərini bildiriblər. QHT rəhbərləri fəaliyyət göstərdikləri sahə ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov görüşdə çıxış edərək fondun beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi layihələr və gələcək prioritet istiqamətlər haqqında ətraflı məlumat verib.

Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsinin vacibliyini qeyd edib və əsaslandırılmış təkliflərin nəzərə alınacağını bildirib.

Qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə görüşü davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada ilk qar

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb