Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin tarixi nitqi: reallığın dolğun təqdimatı və strateji tezislər

Prezidentin tarixi nitqi: reallığın dolğun təqdimatı və strateji tezislər

Son zamanlar bir sıra dairələr Azərbaycanla bağlı əsassız fikirlər ortaya atırlar. Bununla həm mövcud reallığı təhrif edir, həm də rəsmi Bakının yeritdiyi siyasətin gerçək məzmununa kölgə salmağa çalışırlar. Onlar bu hərəkətləri ilə faktiki olaraq haqsızlığa yol verir və vəziyyəti daha da mürəkkəbləşdirirlər. Risklər, qeyri-müəyyənliklər artır. Bütün bunların fonunda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ifadə etdiyi fikirlər çox aktual məqamlara aydınlıq gətirir. Dövlət başçısı Azərbaycanın yeritdiyi siyasəti, onun real məzmununu, əldə etdiyi uğurları və qarşılaşdığı haqsızlıqları dəqiq söyləyib. Müasir dünyada baş verən hadisələrin dərin təhlilini verən ölkə rəhbəri, böhranlı vəziyyətin hökm sürdüyünü deyib. Həmin proses müxtəlif sahələri əhatə edir. Buna baxmayaraq, Azərbaycanda sürətli inkişaf müşahidə edilir. Ölkə rəhbərliyinin apardığı siyasət öz bəhrələrini verir. Bütün sahələr üzrə Azərbaycan uğur qazanır. Ancaq bir sıra dairələrin qərəzli münasibəti də özünü göstərməkdədir. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar əsası olmayan fikirlər söyləyir və Azərbaycanı günahlandırmağa çalışırlar. Bütün bunlara ən yaxşı cavab cənab Prezidentin çıxışında verilib. Onlar üzərində geniş dayanmağa ehtiyac vardır.

İnkişaf dinamikası: kimləri narahat edir?

Cənubi Qafqazda Azərbaycan daha çox beynəlxalq birliyin diqqət mərkəzindədir. Bunun konkret səbəbi məhz bu ölkənin regionda bütün sahələrdə daha çox irəliləyişə nail olmasındadır. Dost dövlətlər buna sevinirsə, obyektiv tərəfdaşlar məmnun qalırsa, elə dairələr də var ki, açıqca mane olmağa çalışırlar. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması vəziyyətə ayrıca gərginlik verir. Sirr deyil ki, bəzi dairələr də bu faktdan istifadə etməyə cəhd göstərərək Azərbaycana qarşı qərəzli və qeyri-adekvat addımlar atmaqdadırlar.

Belə bir reallığın mövcud olduğu şəraitdə ölkə rəhbərliyinin müstəqil və ardıcıl siyasi mövqe nümayiş etdirməsi olduqca vacib faktordur. Prezident İlham Əliyev qətiyyətli, müstəqil və milli maraqlara tam uyğun olan siyasi xətti ilə Azərbaycanı bütün bu ziddiyyətli vəziyyətlərdən məharətlə irəliyə doğru aparmaqdadır. Dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu, bir daha öz təsdiqini tapıb.

İlham Əliyevin həmin iclasdakı çıxışı həm nitqin məzmununa görə, həm də burada qaldırılıb təhlil edilən məsələlərin miqyasına görə birmənalı olaraq tarixi xarakterlidir. Prezident qlobal səviyyədə formalaşan ümumi mənzərənin dinamikası ilə regional və milli miqyasda olan reallıqlar arasında olduqca maraqlı və həqiqi bağlantılardan bəhs edib, onların dərin təhlili əsasında konkret nəticələr çıxarıb. Aydın görünür ki, Azərbaycan dövlətinə müasir çağırışları dərindən bilən və onları nəzərə alaraq milli dövlətçiliyə xidmət edən siyasət yeridən peşəkar lider rəhbərlik edir. İlham Əliyevin nəzəri hazırlığı ilə praktiki fəaliyyəti tam uyğunluq təşkil edir. Elitar siyasi-diplomatik təhsil almış lider dünyanın qlobal geosiyasi trendlərinin risklərlə dolu labirintlərindən gənc müstəqil dövləti ustalıqla irəliyə doğru apara bilir.

Burada vurğulanmalı olan vacib məqam İlham Əliyevin tam səmimi və şəffaf fəaliyyət göstərməsidir. Ölkə rəhbərinin istənilən məsələ ilə bağlı dediklərində bunu görmək mümkündür. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud reallığı səmimi ifadə etməsi diqqəti daha çox çəkir. İlham Əliyev seçdiyi fəaliyyət kursunun uğuruna və ədalətliliyinə inandığı üçün hər kəsin yanında düz sözü deyə bilir. Onu vurğulayaq ki, Azərbaycan rəhbərinin bu səmimi və əsaslı davranışı rəqibi özündən çıxarır və o, açıqca yalan danışmağa məcbur olur, çünki ədalətli deyil, haqsızdır və buna görə də həqiqəti etiraf edə bilmir. Nəticəsi odur ki, daim yalan söyləyir.

Nazirlər Kabinetinin sözügedən iclasında dövlət başçısı müasir qlobal geosiyasi vəziyyətin dolğun təhlilini verib. Əvvəlcə dünya iqtisadiyyatında böhranın davam etməsinə diqqət çəkib. Prezident indiki vəziyyəti tarixin ən ağır dönəmlərindən biri kimi xarakterizə edib. Doğrudan da, bu fikirdə dərin məna var - hazırda dünya demək olar ki, bütün sahələrdə böhranlarla üz-üzədir. Buraya iqtisadiyyatla yanaşı, siyasət, diplomatiya, demoqrafiya, ekologiya, beynəlxalq münasibətlər, mənəvi-əxlaqi dəyərlər, dinlər və sivilizasiyalararası münasibətlər və başqa sferalar daxildir. Həmin reallığa görə ölkə başçısı neftin qiymətinin kəskin aşağı düşməsi prosesi ilə müxtəlif regionlarda dini toqquşmalar, risklər və təhdidləri bir kontekstdə təqdim edir. İlham Əliyev bu bağlılıqda ifadə edir: "...Dünya iqtisadiyyatında böhranlı vəziyyət davam edir. Bu böhrandan həm təbii resurslarla zəngin olan ölkələr, eyni zamanda, istehlakçı ölkələr əziyyət çəkir. Təbii ki, neftin qiymətinin kəskin şəkildə düşməsi neftlə zəngin olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərmişdir...

Dünya böhran içində: reallığın dərin təhlili

2016-cı ildə dünyada siyasi və hərbi böhran yaşanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr alovlanır, risklər, təhdidlər artır. Yaxın Şərqdə vəziyyət deyə bilərəm ki, kritik həddə çatmışdır. Yaxın Şərqdə müşahidə olunan qarşıdurma çox böyük fəlakətə gətirib çıxara bilər. Çünki hamımız yaxşı görürük ki, vəziyyət getdikcə kəskinləşir".

Bu proseslərin fonunda Prezidentin miqrant böhranına diqqət çəkməsi çox məntiqidir. Çünki özünü dünyanın demokratiya beşiyi sayan və ən çox inkişaf etmiş geosiyasi məkanın qlobal böhran vəziyyətinə necə reaksiya verməsi olduqca önəmlidir. Hələlik Avropa bu sınaqdan çıxa bilmir. Qərb insanların faciəvi taleyinə dözümsüz yanaşır, ədalətli ola bilmir, onlarla qeyri-sivil rəftar edir. Məsələn, "İslama stop" çağırışları edir, qarşılarında tikanlı məftillər çəkir, miqrantları qəfəslərə salır, onlara qarşı adi məişət həyatında belə çoxlu haqsızlıqlar edir.

Bunun ciddi mənfi siyasi təsirləri müşahidə edilir. Dövlət başçısı bununla bağlı bildirir: "Miqrant böhranı öz növbəsində Qərb ölkələrində radikal partiyaların xeyrinə işləyir, onlar daha çox səs toplayırlar. Bu, ilk növbədə, onu göstərir ki, cəmiyyət artıq onlara daha böyük dəstək verir, eyni zamanda, əgər gələcəkdə bu meyil davam etsə bu partiyalar hakimiyyətə gələcəklər, - ondan sonra onların siyasətinin nədən ibarət olacağı heç kəs üçün sirr deyil, - beləliklə, sivilizasiyalararası qarşıdurma dərinləşəcək".

Bizcə, mövcud reallığın dərin və obyektiv təhlilinə əsaslanan düzgün strateji nəticədir. Müstəqil dövlət xarici siyasətində bu məqamı mütləq nəzərə almalıdır. O cümlədən, Prezidentin xüsusi vurğuladığı kimi, Avropaya münasibətdə rəhbər tutulmalı mövqe ilə bağlı məsələdə diqqətli olmaq gərəkdir. Həmin aspektdə bəziləri "Avropaya inteqrasiya" ifadəsini işlədəndə yuxarıda vurğulanan məqamları unutmamalıdırlar.

Ölkə rəhbəri haqlı olaraq sual edir: "Ancaq biz hara inteqrasiya etməliyik? Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! "Müsəlmanlara stop" deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?!".

Bu, olduqca əhəmiyyətli məqamdır. Azərbaycan Avropadan fərqli olaraq tolerantlıq, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası əməkdaşlığa üstünlük verən ölkədir. Burada fərqli inanc və mədəniyyət sahibləri əsrlərdir ki, dinc yanaşı yaşayırlar. Bu qiymətli dəyərləri olan bir ölkə yuxarıda vurğulanan sahələrdə ciddi böhran yaşayan bir məkana necə inteqrasiya ola bilər? Bu, irəliyə doğru addım olmazdı. Həmin səbəbdən, Azərbaycan sürətlə dəyişən qlobal kontekstə uyğun siyasət yeritməli və onun üçün əsas meyar milli maraqlar olmalıdır. İlham Əliyev bu tezisi daima müdafiə edir və onu yolundan heç kəs döndərə bilməz.

Bütün bunlara görə Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaş kimi əməkdaşlığı dərinləşdirir. Aİ-nin 9 ölkəsi ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb, 15 ildir ki, Avropa Şurasının üzvüdür və Qərbin digər təşkilatları ilə sıx əlaqələr inkişaf edir. Lakin, yenə vurğulamağa dəyər ki, bu, harasa inteqrasiya deyil, qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq formatıdır. Müasir dövrdə müstəqil dövlət üçün ən uyğun olanı budur. Çox sevindirici haldır ki, Cənubi Qafqazda bu cür siyasətin aparıcısı Azərbaycandır!

Müstəqil mövqe: Cənubi Qafqazın lideri

Azərbaycan həm daxili siyasətində, həm də beynəlxalq miqyasdakı fəaliyyətində öz mövqeyini qoruyub saxlayır, iradəsini ortaya qoyur. Ardıcıl olaraq keçirdiyi mötəbər beynəlxalq tədbirlər bunun sübutudur. Bu sırada dövlət başçısı V Bakı Beynəlxalq Humanitar Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu, "Formula-1" yarışını, Ümumdünya Şahmat Olimpiadasını, Roma Papası Fransiskin Azərbaycana səfərini ayrıca qeyd edir. Ölkə rəhbəri bu işlərlə dünyada baş verənləri müqayisə edərək, yaranmış vəziyyəti konkret xarakterizə edir: "Bax, biz bu işləri görürük. Amma ətraf yanır, yan-yörə alovlanır, risklər artır. Biz isə öz xoşbəxt həyatımızı və xoşbəxt gələcəyimizi qorumalıyıq və qoruyuruq. Azərbaycanda sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır, quruculuq işləri aparılır. Şəhərlərimiz gözəlləşir, abadlaşır, bütün işlər çox yaxşı gedir".

Müstəqil siyasətin bəhrəsi bundan ibarətdir! Vurğulanan uğurlar ölkə başçısının milli maraqlara üstünlük verərək atdığı addımlarının nəticəsidir. İlham Əliyevin cəmiyyətə verdiyi mesajlardan biri bundan ibarətdir və xalq da öz rəhbərini çox gözəl dərk edir, ona dəstəyini əsirgəmir. Prezident məsələnin bu aspektini də öz nitqində xüsusi vurğulayıb. O cümlədən İlham Əliyev Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar keçirilən referendum haqqında danışarkən çox maraqlı məqamlara aydınlıq gətirib.

Dövlət başçısı ilk növbədə referendumun şəffaf keçdiyini vurğulayıb. Bunu müşahidəçilər də açıq etiraf ediblər. Şikayətlər olduqca azdır və onlar ciddi faktorlarla bağlı deyillər. Bu, Avropanın bir sıra qurumları üçün də bir örnəkdir. Çünki onlar yerli-yersiz Azərbaycanı tənqid etməyə çalışırlar. Reallıq isə göstərir ki, vəziyyət tamamilə fərqlidir. Azərbaycanda seçkilər beynəlxalq standartlara uyğun aparılır və cəmiyyət azad şəkildə öz fikrini bildirir.

Bunlarla yanaşı, İlham Əliyev referendumun çox vacib bir nəticəsini dəqiq ifadə edir. Məsələ ondan ibarətdir ki, bu səsvermədə də xalq öz iqtidarı ilə bir yerdə olduğunu dünyaya nümayiş etdirdi. Onun əhəmiyyətini dövlət başçısı aşağıdakı kimi qiymətləndirir: "Referendumun ikinci əsas nəticəsi ondan ibarətdir ki, Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdi. Bu da əslində bizim siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstəkdir... Bu, bizim üçün böhranlı ildə növbəti bir test, sınaq idi". Deməli, xalq növbəti dəfə öz rəhbərinə etimadını bildirib və ona görə də müstəqil daxili və xarici siyasət kursu bundan sonra da davam etdiriləcək.

Vurğulanan məqamların fonunda Prezidentin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ifadə etdiyi fikirlər çox aktualdır. Hər şeydən əvvəl onu deyək ki, dövlət başçısı münaqişənin əsl mahiyyətini ətraflı xarakterizə edib. İndiyə qədər heç bir siyasətçi reallığı bu dərəcədə açıq-aydın təsvir etməyib. Təsadüfi deyil ki, bu məqam ermənilərə çox güclü təsir göstərib və bütün imkanlarını toplayıb İlham Əliyevin ifadə etdiyi tezisi təkzib etməyə çalışır, lakin heç bir tutarlı fikir söyləyə bilmirlər. Çünki Azərbaycan rəhbəri münaqişə və ona təsir edən qüvvələr haqqında obyektiv fikir söyləyib, mövcud real vəziyyəti təqdim edib.

Bir tərəfdən, Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq arenada fəallığını daha da artırır. BMT ilə yanaşı İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Qoşulmama Hərəkatı çərçivəsində də problemin ədalətli həllinə fayda verə biləcək proseslər gedir. Yeri gəlmişkən, erməniləri məsələnin bu tərəfi də narahat edir. Çünki hiss edirlər ki, illərdir onlara havadarlıq edənlərin əllərindən bir sıra məqamlar çıxmaqdadır. Münaqişə nə qədər geniş əhatəli müzakirə edilərsə, onu məhdud dairələrin nəzarətdə saxlaması da bir o qədər çətin olar.

Təcavüzkarın havadarları: bağlı qapılar arxasındakı ədalətsizliklər

Bu məsələ həm də ona görə əhəmiyyətlidir ki, Prezidentin də vurğuladığı kimi, təcavüzkara havadarlıq var. Onun fonunda bir tərəfdən min cür bəhanə ilə Ermənistanı müdafiə edir, digər tərəfdən də Azərbaycanın qarşısını kəsməyə çalışırlar. Bu barədə açıq danışmağın zamanı çatıb. Çünki bəzi dairələr elə yalanlar uydurur, o dərəcədə qərəzli və qeyri-konstruktiv mövqe nümayiş etdirirlər ki, insanlar əsl həqiqəti dərk etməkdə çətinlik çəkirlər. İlham Əliyev həmin kontekstdə çıxışında vurğulayıb: "Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur".

İndi həmin havadarlardan bəziləri sətiraltı Ermənistanın işğalçı siyasətini dəstəkləyərək Azərbaycan rəhbərliyini ittiham etməyə çalışır, Azərbaycan liderinin guya münaqişəni həll etməyə hazır olmadığını deyirlər. Bu kimi iddialara dövlət başçısı çox gözəl cavab verib. İlham Əliyev Amerikadan səslənən son bəyanatlardan birinin "təəccüb doğuran bir bəyanat" olduğunu deyib. Eyni zamanda, vurğulayıb ki, "Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır".

Məsələ ondan ibarətdir ki bu cür bəyanatlar ABŞ, Rusiya, Fransa prezidentlərinin "status-kvo qəbuledilməzdir" tezisi ilə heç uzlaşmır. Belə çıxır ki, həmsədr dövlət başçılarının söylədikləri fikirləri belə öz siyasətçiləri bəzən təkzib edirlər ki, bu da onların mövqeyindəki ziddiyyətlərdən xəbər verir. Həm də onu göstərir ki, gizlicə Ermənistanın işğalçı siyasətinə dəstək verənlər vardır. Daha düşündürücüsü odur ki, bütün bunlar təsadüfi deyil. Yəni hansısa siyasətçinin yol verdiyi xəta deyil. Prezident İlham Əliyev çıxışında konkret olaraq ifadə edib: "...Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada "beşinci kolon"a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək".

Bəli, reallıq bundan ibarətdir. İllərdir ki, vasitəçilik edənlər ədalətli davranmırlar. Sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, bağlı qapılar arxasında isə ermənilərin təcavüzünə haqq qazandırmağa çalışırlar. Onlar Azərbaycanı məcbur etməyə çalışırlar ki, öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına razılıq versin. Təbii ki, ölkə başçısı bu kimi təzyiqləri qəbul edən deyil, o, bütün varlığı ilə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir və bundan sonra da edəcək. Ancaq bir sıra siyasətçilərin məhz belə mövqeyinə görə Azərbaycan Prezidentini "günahkar" kimi təqdim etməyə çalışması nə etik qaydalara, nə ədalət prinsipinə, nə də insafa sığır. Onların ən yaxşı cavabı cənab Prezidentin aşağıdakı fikirlərindədir: "Bu, heç vaxt, olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, - referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, - heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik".

Yuxarıda vurğulanan məqamlar bir daha sübut edir ki, Azərbaycana təzyiq edib, onu güzəştə getməyə məcbur etməyə çalışanlar ciddi müqavimətə rast gəliblər. Ölkə rəhbərliyi tutduğu mövqedən qətiyyən kənara çıxmır və çıxmayacaq. Ona görə də müxtəlif tədbirlərdə bir sıra hallarda ermənilərin havadarları qərəzli və Azərbaycanı əsassız ittiham edən fikirlər səsləndirirlər.

Onlar anlayırlar ki, Azərbaycan sürətlə inkişaf edir və heç zaman öz haqqını kimsəyə verməyəcək. Lakin ədalət naminə həmin dairələr düzgün nəticələr çıxarmalıdırlar. Təcavüzkarın, zalımın müdafiəsinə son verməli və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında obyektiv mövqe tutmalıdırlar. Bakı onlardan yardım ummur, sadəcə, tərəfsiz mövqe tutub, Azərbaycana öz torpaqlarını azad etməyə mane olmamalıdırlar. Bütün süni diplomatiya oyunlarına, "ərazi bütövlüyünü tanıyırıq" kimi gəlişigözəl sözlər deyib, reallıqda işğalçıya dəstək vermələrinə "stop" deməlidirlər. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi tarixi çıxışının tezislərini diqqətlə öyrənib, lazımi nəticələr çıxarmaları bütün tərəflər üçün faydalı olardı! Çünki orada həqiqət anı, reallıqlar və ədalətli analiz vardır!

Kamal Adıgözəlov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir