Professor Musa Qasımlı: Azərbaycan dövlət suverenliyini bütün ərazilərində qurdu
Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də bütün millətimiz, dünya azərbaycanlıları möhtəşəm bir tarixi günə şahidlik etdi. Böyük bir tarix yaradıldı. Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət bayrağını Xankəndidə ucaltdı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib. Deputat bildirib ki, Prezidentin Xankəndidə bayraq ucaltmasının çox dərin mənası, böyük tarixi əhəmiyyəti var. O, 1991-ci ildən bəri ilk dəfə olaraq Azərbaycan dövlət suverenliyini bütün ərazilərində qurduğunu vurğulayıb.
“Buna qədər suverenliyimiz bütün ərazilərimizdə hakim deyildi. Bu tarixi hadisənin yaradıcısı, memarı Prezidentdir. Xankəndidə bayrağın ucaldılması Ermənistana, dünya erməniliyinə və onun havadarlarına vurulan ən ağır zərbədir. Bu hadisə ilə xalqımızın və dövlətimizin inkişafında yeni bir mərhələ başlanır. Xankəndidə bayrağın ucaldılması 1918-ci il sentyabrın 15-də Bakının yadelli qüvvələrdən azad edilməsi, 1945-ci ilin mayında nasistlərin məğlubiyyətini göstərən bayrağın Berlində ucaldılması qədər əhəmiyyətlidir. İlham Əliyev 2003-cü ildə prezident seçiləndən sonra nəyi dedisə, onu da ən mükəmməl şəkildə etdi. Hesab edirəm ki, 15 oktyabr bizim tariximizdə adi günlərdən biri deyil. Bu, milli ləyaqət, milli şərəf, milli fəxarət, milli başucalıq günüdür. Ona görə də 15 oktyabrın bayram kimi qeyd edilməsi, rəsmi bayramlar sırasına daxil edilməsində fayda vardır”, - deyə Musa Qasımlı fikrini yekunlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]