Professor Vaqif Novruzovun biblioqrafik göstəricisi nəşr edilib
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası ilə növbəti biblioqrafik göstərici nəşr edilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, göstərici Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Vaqif Novruzovun 80 illiyinə həsr edilib.
Alimin kitabları, elmi məqalələri, elmi rəhbəri və məsləhətçisi olduğu dissertasiya işləri barədə biblioqrafik məlumatın daxil edildiyi kitabda Vaqif Novruzovun həyatının əsas tarixləri göstərilib, ictimai və elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk, görkəmli elm xadimlərinin onun haqqında yazıları öz əksini tapıb.
Nəşrin elmi redaktoru MEK-in direktoru professor Məmməd Əliyev, tərtibçisi Rəna Cavadova, redaktoru Nərgiz Novruzovadır.
Göstərici biologiya elmi sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]