Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlər həyata keçirib

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 7-də Azərbaycan Respublikası Baş Prokurorluğunda mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı Şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2018-ci ildə görülmüş işlərin vəziyyətinə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən baş prokuror Zakir Qaralov 2018-ci ildə dünyada mövcud siyasi, iqtisadi və maliyyə böhranlarına baxmayaraq, ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlətçilik siyasəti və səriştəli idarəetmə qabiliyyəti nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunduğunu, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlərin yeni müstəviyə qaldırıldığını diqqətə çatdırıb.

Kollegiya iclasında 2018-ci ildə ölkədə sənaye istehsalının, qeyri-neft sektorunun, əhalinin pul gəlirlərinin artması, ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulmaqla 118 min daimi iş yerlərinin yaradılması xüsusi vurğulanıb. Qeyd olunub ki, ölkəmizin Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci, inklüziv inkişaf indeksinə görə isə inkişaf etməkdə olan ölkələr sırasında 3-cü yeri tutması, həmçinin “Doing Business 2019” hesabatında yeni rekorda imza ataraq dünyanın 10 islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan edilməsi, 190 ölkə sırasında 25-ci yerdə qərarlaşması ölkəmizin keçdiyi inkişaf yolunun əyani göstəricisidir.

Uğurla yola saldığımız 2018-ci ilin mühüm əhəmiyyətə malik olan ictimai-siyasi tədbirin - növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin xalqla dövlətin vəhdətinin və birliyinin əyani təsdiqi və bariz nümunəsi olmasını diqqətə çatdıran baş prokuror demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun olaraq keçirilmiş seçkidə xalqımızın yekdilliklə ölkədə mövcud əmin-amanlığın və həyata keçirilən sosial-iqtisadi siyasətin davamlılığına, xalqın rifahının və gələcəyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının sistemli və ardıcıl şəkildə qorunmasına səs verdiyini qeyd edib.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş qeyd olunması, regionda sabitliyə, xalqlarımızın firavanlığına, Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək Cənub Qaz Dəhlizinin, onun tərkib hissəsi olan TANAP layihəsinin, həmçinin Türkiyənin İzmir şəhərində inşa edilmiş STAR neft emalı zavodunun istifadəyə verilməsi, ölkəmizin qlobal nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı, üçüncü peykimizin orbitə çıxarılması ilə əlaqədar Azərbaycanın kosmik sənaye ölkələri arasında mövqeyini daha da möhkəmləndirməsi, ölkəmizin mötəbər beynəlxalq tədbirlərə və idman yarışlarına ev sahibliyi etməsi dünyada Azərbaycanın geostrateji mövqeyini daha da gücləndirməkdədir.

Xüsusi vurğulanıb ki, əldə olunan uğurların qazanılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olub. Ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında Mehriban xanım Əliyevanın gördüyü mötəbər işlər və həyata keçirdiyi layihələr xalqımız tərəfindən dəstəklənməklə hər zaman yüksək qiymətləndirilib.

Ötən il dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində məqsədyönlü xarici siyasət tədbirləri davam etdirilməklə yanaşı, Milli Ordunun gücləndirilməsi, müasir ordu quruculuğu məqsədlərinə xidmət edən zəruri infrastrukturların yaradılması istiqamətində böyük işlər görülüb.

Silahlı Qüvvələrimizin təmas xəttində ərazilərimizin bir hissəsini erməni qəsbkarlarından azad etməsi, vətəndaşlarımızın düşmən təhdidlərindən qorunması üçün həyata keçirilmiş uğurlu Naxçıvan (Günnüt) əməliyyatı nəticəsində 11 min hektara yaxın ərazinin işğaldan azad olunması və strateji xarakter daşıyan yüksəkliklərin ələ keçirilməklə ordumuza Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmə imkanı yaratması xüsusi vurğulanıb.

Baş prokuror diqqətə çatdırıb ki, son zamanlar antimilli destruktiv qüvvələrin fəallaşmaqla möhkəm özüllər üzərində təməli qoyulan ictimai-siyasi sabitlik və əmin-amanlığı pozmağa yönəlmiş hərəkətlərinin, icazəli mitinq keçirmək adı ilə vətəndaşların istirahət hüquqlarını, həmçinin Ümumxalq Hüzn Günündə şəhidlərimizin ruhuna hörmətsizlik edərək ictimai asayişi kobud şəkildə pozmaq cəhdlərinin, sosial şəbəkələr üzərindən etdikləri təhqir və böhtanlarının, ekstremist çağırışlarının qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınıb.

Xalqın dəstəyindən məhrum olan, nüfuzunu, sosial dayaqlarını tamamilə itirmiş, ölkəmizdə İslam dövləti yaratmaq xəyalında olan radikal-terrorçu qüvvələrlə işbirliyi quran, ermənipərəst xarici dairələr tərəfindən idarə olunmaqla qanunsuz maliyyələşən AXCP və digər radikal müxalifət partiyaların ənənəvi inkarçı və qərəzli mövqedən çıxış edərək varlıqlarını sübut etmək naminə diqqəti özlərinə cəlb etməklə gündəmdə qalmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə etməyə çalışmaları diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafı, xalqımızın rifah halının gündən-günə yaxşılaşması, xalq-iqtidar birliyinin sarsılmazlığından məyus və narahat olan, dövlətçiliyimizə qənim kəsilən, hakimiyyətə yiyələnmək üçün istənilən yola baş vurmağa, təxribatlar törətməyə hazır olan bu insanlar öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində quraraq ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışmaları qeyd edilib. Həmçinin antimilli müxalifət düşərgəsinin təmsilçiləri və onların xaricdəki havadarlarının xalqımızı yenidən daxili çəkişmələrə, parçalanmaya və böhrana sürükləməklə ölkəmizdə mövcud ictimai-siyasi sabitlik və əmin-amanlığı pozmağa yönələn cəhdlərinin qarşısının bundan sonra da xalqımız və dövlətimiz tərəfindən qətiyyətlə alınacağı vurğulanıb.

Hesabat məruzəsində qeyd edilib ki, 2018-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu olub. Ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində daxili işlər və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə zəruri tədbirlərin həyata keçirilməsi təmin olunub. Hesabat dövründə prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə dövlətimizin başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsinə, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsinə, yeni iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla neqativ təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilib.

Prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi, yaranmasının 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə prokurorluq orqanlarının 43 əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsi, həmçinin oktyabrın 1-də prokurorluq əməkdaşlarına və veteranlara ünvanladığı təbrik müraciətinin kollektivin böyük sevincinə səbəb olduğu qeyd edilib.

Bildirilib ki, yubileylə əlaqədar dövlətimizin başçısının göstərişi ilə Gəncə və Sumqayıt şəhər prokurorluqlarının ən müasir standartlara cavab verən yeni inzibati binaları tikilərək istifadəyə verilib, prokurorluğun keçdiyi inkişaf yoluna nəzər salınmaqla aparılan islahatlardan, görülən işlərdən bəhs olunan “Azərbaycan Prokurorluğu - bir əsrlik inkişaf tarixi” kitabının təqdimatı keçirilib, həmçinin “Azərbaycan Prokurorluğu” jurnalının xüsusi buraxılışı dərc edilib.

Kollegiya iclasında qeyd edilib ki, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mübarizə ötən dövrlərdə olduğu kimi 2018-ci ildə də davam etdirilib. Bu sahədə həyata keçirilmiş kompleks tədbirlər ölkəmizə “dünyada ən islahatçı” ölkə imicini qazandırmaqla yanaşı, davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin etməyə imkan verib.

Hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yüksək göstəricilərə nail olunmaqla 431 vəzifəli şəxs barəsində 278 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Həmin işlər üzrə 53,3 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilməklə 34,2 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi fəaliyyətində respublikanın dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi önəm verib. Hesabat dövründə Baş İdarə ilə Dövlət Gömrük, Dövlət Şəhərsalma və Arxitektura komitələri, Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında aidiyyəti sahələrdə korrupsiyaya qarşı birgə mübarizənin daha səmərəli təmin edilməsi məqsədilə anlaşma memorandumları imzalanıb. Eyni zamanda, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar və xarici ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə əməkdaşlıq inkişaf etdirilib. Baş İdarənin səmərəli fəaliyyəti nəticəsində Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) kimi mötəbər beynəlxalq təsisatlar tərəfindən verilmiş tövsiyələrin böyük əksəriyyəti uğurla icra edilib.

Bundan başqa, dünya prokurorlarını bir qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyasının işində respublikamızın fəal iştirakı və səmərəli təmsilçiliyi nəzərə alınaraq, Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilmiş qurumun 23-cü illik konfransı və ümumi yığıncağında Azərbaycan Respublikasının Prokurorluğu xüsusi mükafatla - Assosiasiyanın fəxri sertifikatı ilə təltif edilib. Bununla yanaşı, prokurorluq orqanlarının Assosiasiyanın fəaliyyətinə vermiş olduğu töhfələr və yüksək səviyyəli işgüzar əlaqələr əsas götürələrək baş prokurorun müavini təşkilatın vitse-prezidenti vəzifəsinə seçilib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə Baş Prokurorluğun Daxili İşlər Nazirliyi və digər əməliyyat qurumları ilə həyata keçirdiyi birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 159 qəsdən adam öldürmə cinayətlərindən 153 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş və əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 69 hadisənin isti izlərlə açılması təmin olunub. Qeydə alınmış 71 qəsdən adam öldürməyə cəhd cinayətlərindən 70 hadisənin açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 98,6 faiz təşkil edib.

Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində respublikada böyük ictimai rezonansa səbəb olan bir sıra cinayət işlərinin istintaqı müvəffəqiyyətlə aparılması diqqətə çatdırılıb. Bu işlər sırasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş terror aktı, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terrorçuluq və sair xüsusilə ağır cinayət əməlləri törətdiklərinə görə istintaq edilən iş üzrə ümumilikdə 29 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib. Həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunmaqla hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, radikal dini yönümlü bir qrup şəxs tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilib, 1 nəfər barəsində isə həbsli axtarış elan edilib. Həmin cinayət işinin materiallarından 51 şəxs barəsində 6 cinayət işi ayrıca icraata ayrılaraq aidiyyəti üzrə baxılmaları üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində tapşırıqlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla əlaqəli şəkildə Silahlı Qüvvələrdə cinayətkarlığa və digər hüquq pozuntularına qarşı mübarizə sahəsində səmərəli tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran baş prokuror bildirib ki, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər daha səmərəli olub, 2017-ci illə müqayisədə ötən il törədilmiş hərbi xidmət əleyhinə cinayətlər və qeyri-hərbi cinayətlər əhəmiyyətli dərəcədə azalıb.

Xüsusi olaraq, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxs barədə Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə ibtidai istintaqı aparılmış cinayət işi qeyd edilməklə, uğurla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının təxribat və terror fəaliyyətinin qarşısının alındığı, cinayət işi üzrə ibtidai istintaqın tamamlanaraq baxılması üçün müvafiq hərbi məhkəməyə göndərildiyi və həmin işlər üzrə cinayət məsuliyyətinə cəlb edilmiş bütün şəxslərin təqsirli bilinərək layiqli cəzalara məhkum edilmələri diqqətə çatdırılıb.

Bildirilib ki, 2018-ci ildə Bakı Şəhər Prokurorluğu tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində Bakı Şəhər Baş Polis İdarəsi və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə səmərəli fəaliyyət nəticəsində müsbət göstəricilər əldə edilib, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarət artırılıb, vətəndaşların müraciətlərinə baxılması, onların problemlərinin həll olunması istiqamətində müəyyən irəliləyişlər əldə olunub.

Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü olan 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın tələblərinin icrası istiqamətində ədliyyə və məhkəmə orqanları ilə birlikdə kompleks tədbirlər davam etdirilib, ötən illə müqayisədə respublika üzrə həbs qətimkan tədbirinin seçilməsində azalma müşahidə olunub.

Kollegiya iclasında Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsi tərəfindən məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının qorunmasının, insanların azadlıq hüququnun lüzumsuz məhdudlaşdırılmamasının təmin edilməsi, pozuntulara yol vermiş prokuror, müstəntiq və təhqiqatçılar barədə xüsusi qərarların çıxarılmasında prinsipiallıq nümayiş etdirilməsi əsas vəzifə kimi müəyyənləşdirilməklə qısa zamanda bütün mənfi təzahürlərin qarşısı alınması barədə tapşırıq verilib.

Prezident İlham Əliyevin dövlət gənclər siyasəti çərçivəsində ölkəmizdə həyata keçirilən mütərəqqi tədbirləri diqqətə çatdıran baş prokuror 2002-ci ildən başlayaraq prokurorluq orqanlarının vakant vəzifələrinin obyektiv meyarlarla və şəffaf prosedurlar əsasında gənc hüquqşünaslarla komplektləşdirilməsinin təmin edilməsi məqsədilə sağlam mənəviyyatlı, dövlətçiliyə sadiq, qanunun aliliyinə və milli dəyərlərə hörmətlə yanaşan, müasir dünyagörüşlü işçilərlə komplektləşdirildiyini qeyd edib. İndiyədək keçirilmiş 19 müsabiqə üzrə 873 namizədin, o cümlədən 2018-ci ildə 85 nəfərin qulluğa qəbul edilməklə onların prokurorluğun kadr tərkibinin 67 faizini təşkil etdiyi diqqətə çatdırılıb.

Eyni zamanda, Baş Prokurorluq üzrə təsdiq edilmiş “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimata əsasən ali təhsil müəssisələrinin hüquqşünaslıq ixtisası üzrə təhsilini davam etdirən tələbələrinin könüllü ictimai əsaslarla prokurorluqda işə cəlb edilməsi istiqamətində kadrlar idarəsi, tabe rayon (şəhər) və ərazi hərbi prokurorları tərəfindən müvafiq tədbirlərin görülməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Vurğulanıb ki, ötən il prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, dövlət başçılarının səfərləri çərçivəsində Belarus və Tacikistan Respublikalarının prokurorluq orqanları ilə Əməkdaşlıq haqqında sazişlər imzalanmış, bir sıra dövlətlərin nümayəndə heyətləri ölkəmizdə səfərdə olublar.

Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsinin xarici ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığı nəticəsində Daxili İşlər Nazirliyi ilə birlikdə ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 30 şəxsin tutularaq ölkəmizə ekstradisiyası həyata keçirilib, istintaqı aparılan cinayət işləri üzrə hüquqi yardım haqqında istintaq tapşırıqlarının icrası təmin edilib.

Dövlətin həyata keçirdiyi sosialyönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb.

Xüsusi vurğulanıb ki, vətəndaşları narahat edən məsələlərin həllinə diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Prezidenti İlham Əliyevin tələbi rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılıb, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.

Vətəndaş müraciətləri üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də mövcud olduğu nəzərə alınmaqla, bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” əmrin qeyd-şərtsiz icrası, müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, bu sahədə bütün neqativ halların təxirəsalınmadan aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunub.

Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq baş prokuror tərəfindən respublikanın müxtəlif bölgələrində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib. Qeyd edilib ki, çox ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində 31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 16-na töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 8 nəfər vəzifədən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric olunub.

Uzun illər ərzində aparılan islahatlar nəticəsində prokurorluq orqanlarında şəffaflığın təmin edilməsi, neqativ hallara yol vermiş şəxslərin ifşa edilməsi istiqamətində çox mühüm işlər görülməklə prokurorluğun demokratik və hüquqi cəmiyyətdəki rolunun möhkəmləndiyini qeyd edən baş prokuror bu işlərin davamı olaraq ötən il prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verdiklərinə, qanunvericilikdə nəzərdə tutulan səlahiyyətləri çərçivəsindən kənar fəaliyyətlə məşğul olduqlarına, həmçinin formalaşmış nizam-intizam qaydalarının tələblərinə riayət etmədiklərinə görə bir sıra prokurorluq işçiləri barəsində ciddi tədbirlər görüldüyünü, o cümlədən İsmayıllı rayonunun sabiq prokuroru Ü.Abbasov və rayon prokurorunun sabiq böyük köməkçisi F.Quliyevin qabaqcadan əlbir olmaqla 2 sahibkardan külli miqdarda rüşvət alması ilə əlaqədar sonuncuların həbs olunmalarını və müvafiq məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzalarına məhkum edildiklərini bildirib.

Eyni zamanda, hesabat dövründə prokurorluq orqanlarında dövlət qulluqçusu kimi işləyən bəzi şəxslərin onlara həvalə olunmuş vəzifələri layiqincə yerinə yetirməməklə səlahiyyət hüdudlarından kənara çıxmaları və prokurorluğun nüfuzunu aşağı salan qeyri-prosessual münasibətlərə yol vermələri aşkarlanaraq barələrində müvafiq məsuliyyət tədbirləri görülüb.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın daha da artırılması tələb olunmaqla, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkarlanan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması hesabat ilinin əsas vəzifələrindən biri kimi qeyd edilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, baş prokurorun müavini-respublika hərbi prokuroru Xanlar Vəliyev, baş prokurorun müavini-Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Bakı şəhər prokuroru İlqar Abbasov, Gəncə şəhər prokuroru Fazil Həsənəliyev və Xocalı rayon prokuroru Kamran Məmmədovun çıxışlarında 2018-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, işin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürülüb.

Kollegiya iclasına yekun vuran baş prokuror Zakir Qaralov prokurorluq orqanlarının kollektivi adından əminliklə bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla, bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə əlaqəli şəkildə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yolunda öz xidmətlərini göstərəcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA