Qadın futbolçulardan ibarət Azərbaycan millisi Litva yığması ilə oyuna hazırlaşır
Bakı, 22 may, AZƏRTAC
Qadınlardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasının seçmə mərhələsinin son oyunu üçün hazırlıqlara start verib.
AZƏRTAC xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri Bakıda toplanış keçir.
Qeyd edək ki, Azərbaycan yığması C Liqasının IV qrupunda mayın 30-da Bayıl stadionunda Litva yığması ilə üz-üzə gələcək. Matç saat 18:00-da başlayacaq.