Qadın idman gimnastlarının Avropa çempionatında çıxışları yekunlaşıb
Bakı, 6 avqust, AZƏRTAC
Böyük Britaniyanın Qlazqo şəhərində qadın idman gimnastikası üzrə gənclər və böyüklər arasında Avropa çempionatı start götürüb.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, 35 ölkədən 137 gimnastın iştirak etdiyi qitə birinciliyində Azərbaycan idmançıları da mübarizə aparıblar.
Gimnastlarımızdan Marina Nekrasova və Mariya Smirnova çıxışları zamanı zədələndiklərinə görə bütün alətlər üzrə proqramları tam yerinə yetirə bilməyiblər. Digər gimnastımız Yulia İnşına isə hər 4 alətdə çıxış edib və ən yaxşı nəticəsini dayaqlı tullanmada göstərərək 21-ci olub (12.816 xal).
Ölkəmiz Avropa birinciliyinin qadınlar arasında gənclər proqramında da təmsil olunub. Azərbaycanda idmanın bu növünün son dörd ildə inkişaf etdirilməsinə baxmayaraq, gənc gimnastımız yarışda gücünü sınayıb. İştirakçımız Samirə Qəhrəmanova hər dörd alətdə proqramı inamla icra edib.
Avqustun 9-12-də Avropa çempionatında kişi gimnastların mübarizəsi başlayacaq. Böyüklərin yarışında Azərbaycanı Murad Ağarzayev, Dari Morozov, İvan Tixonov, Nikita Simonov, gənclər arasında isə Ramin Dəmirov, Cavidan Babayev, Səməd Məmmədli, Ağamurad Qəhrəmanov və Rüstəm Əhməd təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]