Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa reytinq cədvəlində geriləyib
Bakı, 9 sentyabr, AZƏRTAC
Avropa Voleybol Konfederasiyası (CEV) qadın voleybolçulardan ibarət milli komandaların Avropa reytinqini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Avropa çempionatının oyunları başa çatdıqdan sonra açıqlanan siyahıda bəzi dəyişikliklər olub. Azərbaycan millisinin də mövqeyi dəyişib.
Qitə çempionatını sonuncu - 24-cü pillədə başa vuran millimiz turnirdə cəmi 54 xal qazanıb. Bu da millimizin xal hesabını 185-ə çatdırıb. Komandamız bu göstərici ilə Avropada 11-cidir.
Yığmamız ötən cədvəllə müqayisədə 5 pillə geriləyib. Millimizi Rusiya, Almaniya, Polşa, Xorvatiya və Belçika keçib.
Qeyd edək ki, cədvələ 248 xalla Serbiya millisi başçılıq edir. İtaliya (244) ikinci, Türkiyə (236) isə üçüncü pillədə yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]