QADIN VOLEYBOLÇULARIMIZIN RƏQİBLƏRİ MƏLUMDUR
Ümumi mükafat fondu 1 milyon ABŞ dolları olan turnirdə 12 komanda (Avropadan - İtaliya, Azərbaycan, Rusiya, Polşa, Amerikadan – Braziliya, ABŞ, Dominikan Respublikası, Kuba, Asiyadan – Koreya Respublikası, Çin, Tailand, Yaponiya) iştirak edəcəkdir. Təsnifat oyunları avqustun 16-dan sentyabrın 6-dək Çində və Tailandda keçiriləcəkdir.
Yığmamız, əvvəlcə, Honkonq şəhərində Çin, Rusiya və Tailand komandaları ilə görüşdükdən sonra Tayvana yola düşəcəkdir. Orada voleybolçularımız İtaliya, Kuba və Çin yığmaları ilə qarşılaşacaqdır. Çinin Ninqo şəhərində keçiriləcək növbəti təsnifat mərhələsində isə komandamız Kuba, Çin və Polşa kollektivləri ilə üz-üzə gələcəkdir. Sonda bütün oyunların nəticələri hesablanacaq və ilk 5 yeri tutan komanda İtaliya ilə birgə finala vəsiqə qazanacaqdır. Final görüşləri sentyabrın 6-10-da İtaliyada keçiriləcəkdir.
İndi baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə komandamız iyul ayında Moskvada Boris Yeltsinin şərəfinə keçiriləcək beynəlxalq turnirə hazırlaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]