Qadınlar arasında batut gimnastikası üzrə yeniyetmələrin fərdi yarışında Belarus təmsilçisi çempion olub
Bakı, 15 aprel, AZƏRTAC
Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında qadın yeniyetmə idmançılar arasında fərdi batut yarışının qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Belarus təmsilçisi Katerina Yerşova birinci yeri tutaraq çempion adını qazanıb. Onun həmyerlisi Aleksandra Stoyarova ikinci yeri tutub. Bürünc medala isə yunanıstanlı Anastasiya Papadimitriou layiq görülüb.
Oğlanların yarışında da qızıl medalı Belarus təmsilçisi qazanıb. İvan Litvinoviç fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İngiltərəli Koreo Valks ikinci və onun həmyerlisi Stam üçüncü olublar.