Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda iməcilik aksiyası təşkil olunub
Bakı, 7 iyul, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda genişmiqyaslı iməcilik aksiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində qoruğun ərazisində yerləşən qədim hamamlar, göl kənarı və digər mühüm tarixi obyektlərdə təmizlik və ilkin bərpayönümlü tədbirlər keçirilib.
Məqsəd Qala qoruğunun tarixi irsinin qorunması, abadlaşdırılması və gələcək nəsillərə sağlam formada ötürülməsi istiqamətində ictimai iştirakçılığı və yerli əhalinin məsuliyyət hissini gücləndirməkdir.
Bu təşəbbüsdə Qala və İçərişəhər sakinləri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbər heyəti və əməkdaşları, “Qoru” könüllüləri, habelə “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi, “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti daxil olmaqla 170-dən çox şəxs iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:27]
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]