Qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə ölkə ərazisində növbəti reydlər keçirilmişdir
Bakı, 17 fevral (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz ov hallarının, ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədi ilə fevralın 1-dən 15-dək ölkə ərazisində reydlər keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, reydlər zamanı qanunsuz ov edən və ov məhsullarının satışı ilə məşğul olan 53 nəfər saxlanılmışdır. Onlardan ümumilikdə 53 ov tüfəngi, 28 patron, qanunsuz ovlanmış 14 quş və 1 dovşan qanunvericiliyə uyğun qaydada götürülmüşdür.
Faktlarla bağlı akt və protokollar tərtib edilərək 51 nəfər qanun pozucusu inzibati qaydada ümumilikdə 47800 manat məbləğində cərimə olunmuşdur. Sənədlərini təqdim etməyən 2 nəfər qanun pozucusu barəsində toplanmış materiallar və maddi-sübut kimi götürülmüş ov tüfəngləri isə təqsirkarlar barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə rayon polis şöbələrinə təqdim edilmişdir. Hazırda araşdırma aparılır və təqsirkarların qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]