Qara dənizdə köpəkbalığının nadir növü tapılıb
Tbilisi, 28 fevral, AZƏRTAC
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyinin ekspertləri Qara dənizdə nadir köpəkbalığı növü hesab olunan katran tapıblar.
AZƏRTAC xəbər verir ki, dəniz məməlisinin uzunluğu 1,5 metrdən çoxdur. Baxmayaraq ki, əksər köpəkbalığı cinsində erkək katranın uzunluğu 90 santimetr, dişi katranın uzunluğu isə 105 santimetr olub.
Qara Dənizdə Balıqçılıq Departamentinin rəhbəri Arçil Quçmanidze deyib ki, mütəxəssislərin fikrincə bu növ köpəkbalığının adı “Qırmızı kitab”a daxil olunmalıdır. Ona görə ki, köpəkbalığının bu növünə artıq nadir hallarda rast gəlinir.
Balıqçılar katranın şəkilini çəkdikdən sonra onu yenidən dənizə buraxıblar. Bildirilir ki, katran köpəkbalığı insanlar üçün təhlükəli deyil. Onların insanlara hücum etməsi ilə bağlı hələ heç bir fakta rast gəlinməyib.
A.Quçmanidzenin sözlərinə görə, hazırda Qara dənizdə 2 min 500-dək heyvan növü var. Onlardan 500 növü bir hüceyrəlilər, 160 növü onurğalılar, 500-ü xərçəngkimilər, 200-ü molyusklar sinfinə aiddir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]