İDMAN
“Qarabağ” - “Lex”: 4:1
Bakı, 12 iyul, AZƏRTAC
“Qarabağ” futbol komandası UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Lex” ilə matçda növbəti dəfə fərqlənib.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçın 74-cü dəqiqəsində Kadi Borges dubl edib.
Oyunda hesabı Polşa təmsilçisi açıb. Qarşılaşmanın 1-ci dəqiqəsində Kristoffer Velde fərqlənib. Oyunun 14-cü dəqiqəsində “Qarabağ”ın oyunçusu Kadi Borges hesabı bərabərləşdirib. Qarşılaşmanın 42-ci dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç baxımlı qola imza atıb və komandasını hesabda önə keçirib. Matçın 56-cı dəqiqəsində Kevin Medina fərqlənib.
Hazırda matçda ikinci hissə oynanılır və hesabda “Qarabağ” öndədir - 4:1.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı ingiltərəli baş hakim Endryu Medli idarə edir.
Poznandakı ilk matçda “Qarabağ” minimal hesabla uduzub - 0:1.
Qeyd edək ki, bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.