İDMAN
“Qarabağ” - “Lex” oyununda Ağdam təmsilçisi fasiləyə üstün yollanıb
Bakı, 12 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Lex” oyununda Ağdam təmsilçisi fasiləyə üstün yollanıb.
AZƏRTAC xəbər verir ki, matçda hesabı Polşa təmsilçisi açıb. Qarşılaşmanın 1-ci dəqiqəsində Kristoffer Velde fərqlənib. Oyunun 14-cü dəqiqəsində “Qarabağ”ın oyunçusu Kadi Borges hesabı bərabərləşdirib. Qarşılaşmanın 42-ci dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç baxımlı qola imza atıb və komandasını hesabda önə keçirib.
Görüşün birinci hissəsi “Qarabağ”ın üstünlüyü ilə başa çatıb - 2:1.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı ingiltərəli baş hakim Endryu Medli idarə edir.
Poznandakı ilk matçda “Qarabağ” minimal hesabla uduzub - 0:1.
Qeyd edək ki, bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.