“Qarabağ” – “Sürix” oyunu üçün hakim təyinatları açıqlanıb
Bakı, 14 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” (Ağdam) - “Sürix” (İsveçrə) oyunu üçün hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşma Bosniya və Herseqovinadan olan hakimlər briqadasına tapşırılıb.
Matçın baş hakimi Irfan Pelto olacaq. Ona Senad İbrisimbeqoviç və Davor Belyo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Miloş Giqoviç yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də İsveçrədə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]