“Qarabağ” klubu “Baçka Topola” ilə yoxlama oyununda məğlub olub
Bakı, 21 yanvar, AZƏRTAC
Antalyada təlim məşq-toplanışında olan “Qarabağ” klubu növbəti yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın “Baçka Topola” klubu ilə qarşılaşıb. Görüş “köhlən atlar”ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv günün ikinci yarısında Polşanın “Şlyonsk” klubu ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 19:00-da start götürəcək qarşılaşmada əsasən gənc oyunçulara şans veriləcək.
Qeyd edək ki, “Qarabağ” Antalyadakı ilk matçında Rumıniyanın “Qaz Metan” klubu ilə qolsuz heç-heçə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]