“Qarabağ” klubu səfərdə “Kəpəz”ə minimal hesabla qalib gəlib
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də “Kəpəz”-“Qarabağ” oyunu ilə futbol üzrə Topaz Premyer Liqasının XXIII turuna start verilib.
AZƏRTAC xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən görüşdə Ağdam təmsilçiləri minimal hesabla qalib gəliblər.
Baş hakim Orxan Məmmədovun idarə etdiyi oyunda hesab birinci hissədə açılıb. Matçın 23-cü dəqiqəsində Ramil Şeydayev topu rəqib qapısından keçirib. Qalan dəqiqələrdə oyunda başqa qol qeydə alınmayıb və matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra “Qarabağ” xallarının sayını 56-ya çatdıraraq birinci sıradakı mövqeyini möhkəmləndirib. “Kəpəz” isə 12 xalla sonuncu - səkkizinci pillədə qərarlaşıb.
Turun digər görüşləri aprelin 15-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]