“Qarabağ” komandası UEFA Çempionlar Liqasının yeni mövsümündə ilk görüşünü keçirəcək
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 12-də UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, Çempionlar Liqasında Azərbaycanı təmsil edən Ağdamın “Qarabağ” komandası ilk görüşdə Lüksemburqun “Düdelanj” klubu ilə qarşılaşacaq.
Gün ərzində ümumilikdə 10 oyun keçiriləcək. Bu matç Azərbaycan və Lüksemburq klublarının avrokuboklarda ilk görüşü kimi tarixə düşəcək. Ağdam təmsilçisi ardıcıl üçüncü mövsümdür çıxış etdiyi qitənin ən nüfuzlu turnirində hələ doğma meydanda məğlub olmayıb. Komanda əvvəlki dörd qarşılaşmanın ikisini qələbə (4:0 və 2:1), ikisini isə qolsuz heç-heçə ilə başa vurub.
Matçı Orel Qrinfildin rəhbərliyi ilə israilli hakimlər briqadası idarə edəcək. Oyun saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Digər doqquz görüşdə “Zrinski” (Bosniya və Herseqovina) - “Legiya” (Polşa), “Dinamo” (Tbilisi, Gürcüstan) - “Alaşkert” (Ermənistan), “Hapoel” (Beyer-Şeva, İsrail) - “Şerif” (Moldova), “Linkoln” (Cəbəllütariq) - “Seltik” (Şotlandiya), BATE (Belarus) - SJK (Finlandiya), TNS (Uels) - APOEL (Kipr), “Valletta” (Malta) - “Srvena Zvezda” (Serbiya), “Zalsburq” (Avstriya) - “Liepaya” (Latviya), “Vardar” (Makedoniya) - “Dinamo” (Zaqreb, Xorvatiya) komandaları üz-üzə gələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]