QARABAĞ MÜHARİBƏSİ ƏLİLİNƏ EV VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Şahbuz qəsəbəsinin sakini, Qarabağ müharibəsi əlili Müşfiq Zeynalovun ailəsinə hər cür şəraiti olan üçotaqlı fərdi ev verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və respublikanın baş prokuroru Zakir Qaralov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişlər.
Müşfiq Zeynalov ona göstərilən diqqətə görə respublika Prezidentinə minnətdarlığını bildirmişdir.